Aqiyə Naxçıvanlı Oğuz və Qəbələdə bir sıra görüşlər keçirdi-

Aqiyə Naxçıvanlı Oğuz və Qəbələdə bir sıra görüşlər keçirdi- - FOTOLAR

Mütəmadi olaraq görüşlər keçirən Aqiyə Naxçıvanlı iyun ayında da seçici ilə təmasda olub.Bu sırada O, Oğuz rayonunda bir sıra görüşlər keçirib,fərdi qaydada seçicilərinin müraciətlərini dinləyib.

Faktinfo.az xəbər verir ki,Oğuz və Qəbələ rayonlarından qəbula gələn seçicilər sosial-məişət problemləri ilə bərabər Milli Məclisin deputatından - əfv, təhsil, sahibkarlığa dəstək, turizm və sair məsələlərlə bağlı onlara köməklik edilməsini rica ediblər.Deputat isə öz növbəsində seçicilərini dinləyib,yerli şəraitin tələbinə uyğun olaraq onların istəklərinə diqqət yetiriləcəyini əminliklə ifadə edib.Qarşılıqlı hörmət şəraitində keçən görüşlərdə seçici-deputat münasibətlərinin qorunub saxlanılması ifadə edilib.

  Həmçinin,görüş zamanı motivi həllə yaxın olan  əksər müraciətlər yerində həllini tapıb,həllini gözləyən digər məsələlər aidiyyatı üzrə müvafiq dövlət orqanlarına yönləndirilib.O cümlədən yönləndirilmiş problemlərlə bərabər, bir çox məsələlərlə bağlı seçicilərə marifləndirici məlumatlar verilib,onlara  hüquqları izah olunub.

QƏBULDA seçicilər müraciətlərinin dinlənilməsinə və həlli üçün göstərilən diqqətə görə, deputat Aqiyə Naxçıvanlıya minnətdarlıqlarını bildiriblər.

Eləcə də,  AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  İlham Əliyevin çıxışlarında vurğuladığı: “vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması və bu münasibətlərin sağlam zəmində qurulması” prinsipinə sadiqliyinin ifadəsi  bu dəfə də keçirilən  görüşdə qeyd edilib.

FAKTİNFO.AZ

Aqiyə Naxçıvanlı Oğuz və Qəbələdə bir sıra görüşlər keçirdi-Aqiyə Naxçıvanlı Oğuz və Qəbələdə bir sıra görüşlər keçirdi-Aqiyə Naxçıvanlı Oğuz və Qəbələdə bir sıra görüşlər keçirdi-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi