“ARTIQ BİZDƏ 15 VURULMUŞ “KİNJAL” VAR...” – “Patriot” 5 dəqiqə ərzində Rusiyanın 5 təyyarəsini məhv edib

“ARTIQ BİZDƏ 15 VURULMUŞ “KİNJAL” VAR...” – “Patriot” 5 dəqiqə ərzində Rusiyanın 5 təyyarəsini məhv edib 

Qərb tərəfdaşlarından hava hücumundan müdafiə sistemlərinin müasir modellərini alandan bəri Ukrayna işğalçıların əvvəllər müqavimət göstərə bilmədiyi silahlarını vura bilib.

Bu, xüsusən də bir neçə ay əvvəl “məğlubedilməz” sayılan “Kinjal” raketlərinə aiddir.

"İndi bizdə artıq 15 vurulmuş "Kinjal" var. Üstəlik, Kiyevə doğru uçan daha onlarla ballistik raket. "Patriot" özünü sübut etdi", - Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat Ukrayna mediasına müsahibəsində vurğulayıb.

O, bunun ilk dəfə 2023-cü il mayın 4-də baş verdiyini xatırladıb.

Bundan əlavə, bu sistemlərin köməyi ilə düşmənin bir neçə təyyarəsini məhv etmək mümkün olub. Həmin vaxt onlar Rusiya Federasiyasının Bryansk vilayətinin üzərində səmada olub. “Bu, mayın 13-də baş verdi - həmin gün ruslar ən azı bir Su-34 və Su-35, iki nadir Mi-8MTPR-1 elektron müharibə helikopteri və bir Mi-8 itirdi”.

"Bu, Hərbi Hava Qüvvələri komandanının rəhbərliyi altında parlaq əməliyyat idi. "Patriot" hava hücumundan müdafiə sistemi bölmələrinin qeyri-ənənəvi qətiyyətli hərəkətləri sayəsində beş dəqiqə ərzində Bryansk istiqamətində beş təyyarə məhv edildi”, - İqnat əlavə edib./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi