“AYIB OLSUN SƏNƏ, HÜSEYNBALA!” – “Mənim sayəmdə müdrikliyin zirvəsində oturmusan...”

“AYIB OLSUN SƏNƏ, HÜSEYNBALA!” – “Mənim sayəmdə müdrikliyin zirvəsində oturmusan...” VİDEO

“Hüseynbala Mirələmov! Sənin mənim zənglərimə cavab verməməyin, telefonlarımı söndürməyin məndə təəssüf hissi doğurur”.

Bunu yazıçı-filosof Əlisa Nicat “Kanal 13”-ün canlı yayımında çıxış edərkən deyib.

Yazıçı bir aydan artıqdır Hüseynbala Mirələmovla əlaqə qura biməməsindən şikayətlənib: “Biz 30-35 ildir ki, bir-birimizi tanıyırıq. Mən bilmirəm, sən niyə belə edirsən. Ancaq sənin bu hərəkətlərini özümə təhqir kimi qəbul edirəm və bundan inciyirəm. Axı bu sənə yaraşmır”.

“Mənə elə gəlir ki, sən mənim sayəmdə müdrikliyin zirvəsində oturmusan. Elə deyilmi? Yaraşırmı sənə? Sən nə qədər kitabların müəllifisən - “Cəza”, “Qayada çiçək”, “Sonuncu Fateh”. Bunların hamısı sənin əsərlərindir. 20-30-dan çox belə kitabın müəlifi olan bir adam öz dostunun zənglərinə cavab vermir. Hələlik, çox sağol!”, - yazıçı şikayətlənib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi