Azərbaycanda 100-lərlə insanın minlərlə manat xərclədiyi şəbəkə vəsaitləri mənimsəyərək aradan çıxdı -

Azərbaycanda 100-lərlə insanın minlərlə manat xərclədiyi şəbəkə vəsaitləri mənimsəyərək aradan çıxdı - DİN-dən AÇIQLAMA

Azərbaycanda 100-lərlə insanın minlərlə manat xərclədiyi "Pazfarm" şəbəkəsi vəsaitləri mənimsəyərək aradan çıxıb.

Pravda.az-ın xəbərinə görə, bunu bloqer Fərid Pərdəşünas bildirib.

"Platformada 50.000 manata qədər pulu batan insanlar var. "Pazfarm" insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi. Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkən sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər", - o qeyd edib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyevin sözlərinə görə, vətandaşlar daha çox məlumatlandırılmalıdır ki, kimsə “yüksək faizli qazanc”dan faydalanmayıb: "İlkin olaraq şirnikləndirmək üçün hansısa dələduzluq metodlarından istifadə edilir..."

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi