![Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı -](https://www.faktinfo.az/uploads/posts/5783c30f8df8a5560985f9f9184eca77.jpeg)
Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı - Təcili
Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni törəmə şirkəti “Turkish Aerospace Azerbaijan”ın yaradıldığını açıqlayıb.
Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.
Qeyd edilib ki, məqsəd Azərbaycan daxilində, xüsusən beşinci nəsil qırıcı KAAN-ın modernləşdirilməsi proqramı üzrə işgüzar əməkdaşlığı dərinləşdirməkdir.
KAAN milli döyüş təyyarələri layihəsində əməkdaşlıq sayəsində Azərbaycan Türkiyə ilə təkcə Silahlı Qüvvələr baxımından deyil, bütün müdafiə-sənaye kompleksi baxımından daha sıx işgüzar əlaqələrə yeni addım atacaq.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın