Azərbaycanda bu tarixdən pozulmuş ekoloji tarazlığın qarşısı alınacaq-

Azərbaycanda bu tarixdən pozulmuş ekoloji tarazlığın qarşısı alınacaq- “Avro-5” standartında dizel və benzin istehsal olunacaq

SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi ölkəmizdə ekoloji vəziyyəti yaxşılaşdıracaq.

Şirkətdən Azərtac-a bildirilib ki, 1953-cü ildə əsası qoyulan zavodda hazırda modernləşdirmə və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.

Layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində 2021-2022-ci illərdə Azərbaycanda “Avro-5” standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tonadək artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.

Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və modernləşdirilməsi işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.

Faktinfo.az  məlumat üçün bildirir ki,hazırda nəqliyyat vastələri üçün istehsal  olunan dizel və benzin yanacağının tərkibində kükürd  elementinin miqdarı həddən ziyadə artıqdır ,digər ekoloji tullantı hesab edilən  kimyəvi maddələr də çoxluq təşkil edir.Bu isə atmasferdə çirklilik yaradır, insan orqanizmi üçün  təhlükə mənbəyi hesab edilir ,onlarla xəstəliyə yol açır. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi