"Azərbaycanda inflyasiya törədən amillər çoxdur"

"Azərbaycanda inflyasiya törədən amillər çoxdur" - Əli Məsimli

Azərbaycanda inflyasiya törədən amillər çoxdur, amma onların içində xaricdən gələn idxal inflyasiyasının payı çox yüksəkdir.

Report.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyast, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

"İnhisarçılıq meyillərindən qaynaqlanan inflyasiya da çox yüksəkdir. Azərbaycan iqtisadiyyatında gedən proseslərin məntiqində inflyasiya dayanır", - deyə o əlavə edib.

Qeyd edək ki, aprel ayında ölkədə inflyasiyanın səviyyəsi 12,8 % təşkil edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi