Azərbaycanda yeni köç dalğası yarana bilər

Azərbaycanda yeni köç dalğası yarana bilər - İqtisadçıdan bədbin proqnoz

Xəbər verdiyimiz kimi, Rusiya vətəndaşı ilə evlənən şəxslər artıq 1 ildən sonra vətəndaşlıq əldə edə biləcəklər. Bilirik ki, Azərbaycanın rayonlarından gedib Rusiyada işləyənlərin sayı çoxdur.

Bəs bu qərar ölkəmizdə yeni bir köç dalğasına və iqtisadi problemlərə səbəb ola bilərmi?

İqtisadçı ekspert Natiq Cəfərli Yeni Sabah.az-a bildirib ki, bu qərar Azərbaycana təsirsiz ötüşməyəcək:

“Əslində Rusiyanın verdiyi bu qərarın təməlində 2 önəmli məsələ durur. Birinci məsələ Rusiyanın özünün demoqrafik vəziyyətidir. Rusiyada doğuşla ölüm arasındakı fərq, əhalinin sayının azalması, demoqrafik hədd qorxunc vəziyyətdədir. Dünyanın ərazicə ən böyük ölkəsinin əhali sayı145 milyondur. BMT-nin və digər beynəlxaq təşkilatların hesabatları var ki, Rusiyada 1,5-2 milyard adama yaşasa, bu ölkə daha güclü bir ölkəyə çevrilə bilər. İkinci səbəb isə keçmiş postsovet məkanına daha çox nüfuz etmək və bu ölkələrdən adam cəlb etməkdir. Əsas hədəf isə Ukraynadır". 

Ekspertin fikrincə, bu qərar qüvvəyə minəndən sonra ölkəmizdə köç dalğası füsət ala bilər:

"Azərbaycana da müxtəlif təsirlər olacaq. Azərbaycan üçün müxtəlif rəqəmlər səsləndirilir. Təxminən, 2 milyon soydaşımız Rusiyada yaşayır və son məlumata görə, onlardan 600-700 minə yaxınının vətəndaşlığı var. İndi bu vətəndaşlığı olmayan insanlara yol açılır ki, 1 il müddətində müəyyən prosedur qaydalardan keçərək, vətəndaşlıq ala bilsinlər. Mənə elə gəlir ki, bir çoxları da bundan istifadə edəcəklər. Təəssüf ki, hələ də Rusiya Azərbaycandan həm iqtisadi, həm də sosial cəhətdən daha cəlb edicidir. 

Azərbaycanda həmçinin, yeni köç dalğaları da yaşana bilər. İqtisadi fürsətlərə görə insanlar Rusiyaya üz tuta bilərlər. Bu təbii ki, ziyanlıdır. Çünki ciddi işçi qüvvəsinə, demoqrafik vəiyyətimizə də ciddi təsir göstərə bilər. Hələki təhlükəli həddə deyil. Azərbaycan sovet məkanında demoqrafik vəziyyətinə görə ən yaxşı vəziyyətdə olan ölkələrdəndir. Amma əhali planlaşdırılması 1-2 illik məsələ deyil, ən azı 20-50 illik layihələr olmalıdır. Əhali sayı və bunun hesablanması ilə bağlı ölkənin özünün proqramı olmalıdır. Mənim fikrimcə, bu orta və uzaq perspektivdə  Azərbaycana daha çox mənfi təsir göstərə bilər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi