"Azərkontrakt" ASC-nin maliyyə hesabatı və auditor rəyi: 2022-ci ili də mənfəətlə başa vurub

"Azərkontrakt" ASC-nin maliyyə hesabatı və auditor rəyi: 2022-ci ili də mənfəətlə başa vurub 

Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt"Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında"


2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarına əsasən,Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixindən etibarən qaz istehsalçılarından satın alınmasını, onun nəqlini, ölkədaxili paylayıcılara və istehlakçılara satışını həyata keçirir.

Faktinfo.az xəbər verir ki,sözügedən qərardan irəli gələn vəzifələrin icrası məqsədi ilə "Azərkontrakt"ASC fəaliyyətini qüsursuz və keyfiyyətli yerinə yetirməsi üçün bütün imkanlarını səfərbər edərək,2022-ci hesabat ilini 185 217 337,00 (Yüz səksən beş milyon iki yüz on yeddi min üç yüz otuz yeddi manat 00 qəpik) manat məbləğində mənfəətlə başa vurub,dövlət büdcəsinə 37 043 467,40 (Otuz yeddi milyon qırx üç min dörd yüz altmış yeddi manat 40 qəpik) manat məbləğində mənfəət vergisi ödəyib.

Xatırladaq ki, "Azərkontrakt" ASC 2021-ci hesabat ilini 104 369 826,00 (Yüz dörd milyon üç yüz altmış doqquz min səkkiz yüz iyirmi altı manat 00 qəpik) manat məbləğində mənfəətlə başa vurduğu halda, 2022-ci hesabat ilini 80 847 511,00 manat məbləğində (və ya 77,46 faiz) daha çox, yəni 185 217 337,00 (Yüz səksən beş milyon  iki yüz on yeddi min üç yüz otuz yeddi manat 00 qəpik) manat məbləğində mənfəətlə başa vurub.

Həmçinin 2021-ci hesabat ili üzrə Dövlət büdcəsinə 20 873 965,20 manat məbləğində mənfəət vergisinin ödənişini həyata keçirdiyi halda, 2022-ci hesabat ili üzrə 16 169 502,20 manat məbləğində (və ya 77,46 faiz) daha çox, yəni  37 043 467,40 ( Otuz yeddi milyon qırx üç min dörd yüz altmış yeddi manat 40 qəpik) manat məbləğində mənfəət vergisinin ödənişini həyata keçirmişdir.

Bu məlumatlar “Azərkontrakt” ASC-də “Baker Tilly Audit Azərbaycan” QSC tərəfindən aparılmış audit yoxlamasının nəticəsində tərtib edilmiş maliyyə hesabatlarında öz əksini tapmışdır.

"Azərkontrakt" ASC-nin kollektivi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına uyğun olaraq Respublika iqtisadiyyatının inkişafı istiqamətində fəaliyyətlərinin davam etdirilməsini prioritet məsələlərdən biri hesab edərək, 2023-cü və növbəti illəri də yüksək məbləğdə mənfəətlə başa vurmaq istiqamətində bütün səylərini səfərbər edib.

Onu da qeyd edək ki, "Azərkontrakt" ASC-nin 31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə Xüsusi Məqsədli Maliyyə Hesabatları və Müstəqil Auditorların Rəyi barədə ətraflı məlumatı aşağıdakı linklərdən əldə edə bilərsiz.

Azərbaycan dilində yükləmək üçün: 

http://azerkontrakt.az/wp content/uploads/2023/05/Azerkontrakt_ASC_XMMH_Musteqil_Auditorlarin__Reyi.pdf  

İngilis dilində yükləmək üçün:

 http://azerkontrakt.az/wp-content/uploads/2023/05/Azerkontrakt_OJSC_SPFSI_Auditors_Report.pdf 

Faktinfo.az 













Birinci məlumatlanmaq üçün facebook səhifəmizi