Bahar Candan ilk dəfə o gecədən danışdı: "Murad Bozla mən..."

Bahar Candan ilk dəfə o gecədən danışdı: "Murad Bozla mən..." 

"İşte benim stilim"in iştirakçısı Bahar Candan müğənni Murad Bozla sevgilisi Aslı Enverin ayrılmağına səbəb olması barədə yazılanlara cavab verib.

Türkiyə mətbuatının  məlumatına görə, o, Eser Yenenlerin bağ evində Muradla bir görüntülənməsini belə şərh edib:

"Böyüyəcəyəm və vəkil olacağam. Məni də bir az düşünsünlər. Castin Biberi sevirəm. Heç bir türk kişisinin əlini heç tutmuram. Bacım və bacımın ən yaxın dostuyla birgə dondurma yeməyə getmişdim. Mənim 19 yaşım var. Kiçiyəm və söylənənlər çox ağırdır. Onlar böyük qardaşlarımızdır, sadəcə telekanalımız eynidir. Bu xəbərlərdən anam, atam, bacım və mən çox pis olmuşuq. Xahiş edirəm, gələcəyimə ziyan vuran açıqlamalar verilməsin. Murad Bozla mənim haqqımda yazılanlar yalandır. Aslı ilə münasibətlərinə hörmət edirəm".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi