Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin Çexiyada milyonluq səltənəti var

Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin Çexiyada milyonluq səltənəti var - RAMİZ VERDİYEV...

Jurnalist Cavanşir Həsənli Bakı şəhər İcra Hakimiyyətində Kommunal Xidmətlər Müəssisəsinin direktoru Ramiz Verdiyevin Çexiyada milyonluq səltənəti ilə bağlı sənədləri öz səhifəsində yayımlayıb.

Jurnalistin yaydığı məlumatı olduğu kimi təqdim edirik:

Öncə qeyd etdiyim kimi Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, baş zibildaşıyan idi. Uzun illər Bakı şəhər İcra Hakimiyyətində Kommunal Xidmətlər Müəssisəsinin direktoru işləyib. Paytaxtın məişət tullantılarından təmizlənməsi bu müəssisənin xidmət sahəsinə aiddir.
Verdiyevin barəsində o qədər də geniş məlumat yoxdur. Amma bir qayda olaraq cənab Verdiyev seçkilərdə YAP-ın namizədlərinin səlahiyyətli nümayəndəsi kimi çıxış edib. İndi də Bakı şəhər İcra Hakimiyyətində çalışdığı deyilir. 

Xırda məmur olsa da 2010-cu ildə Çexiyada 1987-ci il təvəllüdlü oğlu Anar Verdiyevin adına şirkət açıb. Yanlış düşünməyin, Praqanın zibillərini daşımır, şirkət mülklərin, mənzillərin kirayəsi cə ticarət sahəsi ilə məşğuldur. 2010-cu ildə Praqada qeydiyyatdan keçmiş HAS & VER SRO (Həsənov və Verdiyev soyadlarından götürülüb) şirkətinin sənədlərinə görə Anar Verdiyev Ramiz Verdiyevlə eyni ünvanda, Bakının Şamil Əzizbəyov 120 ünvanında qeydiyyatdadır. Şəriki isə Əhməd Həsənov adlı şəxsdir. Şirkəti 2018-ci ildən Verdiyevlərin ailə üzvü Günay Verdiyeva idarə edir.
Ramiz Verdiyevin digər şirkəti isə Bakıdadır. "Şirin Dad" MMC Verdiyev Ramiz Qulam oğlunun adlna qeydiyyatdan keçirilib.
Bu barədə ona görə yazdım ki, real mənzərəni təsəvvür edin.

Vətəninfo.az

Bakıda zibilləri topladı: Praqada səltənət qurdu
Bakıda zibilləri topladı: Praqada səltənət qurdu
Bakıda zibilləri topladı: Praqada səltənət qurdu
Bakıda zibilləri topladı: Praqada səltənət qurdu
Bakıda zibilləri topladı: Praqada səltənət qurdu
Bakıda zibilləri topladı: Praqada səltənət qurdu
 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi