Bakıda təcili yardım buna görə vaxtında çatmır-

Bakıda təcili yardım buna görə vaxtında çatmır- Gün ərzində 2400 çağırış gəlir

Rəsmi statistikaya görə, Bakıda əhalinin sayı 2 milyon 200 min nəfərdir. Amma faktiki olaraq, şəhərdə 5 milyona yaxın insan yaşayır. Təcili yardım briqadalarının sayı isə rəsmi əhali sayına uyğun ayrılıb. Təcili yardımla əlaqədar problemin yaranmasına səbəb də budur.görə, Bakıda əhalinin sayı 2 milyon 200 min nəfərdir. Amma faktiki olaraq, şəhərdə 5 milyona yaxın insan yaşayır. Təcili yardım briqadalarının sayı isə rəsmi əhali sayına uyğun ayrılıb. Təcili yardımla əlaqədar problemin yaranmasına səbəb də budur.

Bu sözləri Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Modern.az-a müsahibəsində stansiyanın fəaliyyətinə dair cəmiyyətdəki narazılıqlarla bağlı danışarkən deyib.

R.Nağıyevin sözlərinə görə, gün ərzində təcili yardıma 2400 çağırış gəlir:

“Təsəvvür edin, həkimin çantaya dərman qoymağa vaxtı olmur. Həkim 12 saatdan bir növbə dəyişir. Briqada 12 saat ərzində 16-17 çağırışa gedir. Rəsmi əhali sayı faktiki sayla uyğun olmadığı üçün biz ştatı artıra bilmirik. Qeydiyyatsız yaşayan əhali də təcili yardıma müraciət edir. Nəticədə gün ərzində 2400 çağırış olur ki, bunu da 138 briqadanın arasında böləndə, çatışmazlıqlar yaranır. Bu da işə təsir edir”.

Təcili yardımın çağırılan ünvana gecikmə problemindən də danışan R.Nağıyev bildirib ki, bu briqadalar çağırışdan ən gec 15 dəqiqə sonra hadisə yerində olur:

“Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının dispetçer xidməti əhalinin 7 gün 24 saat xidmətindədir. “103” çağırış xidmətinin fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün 2 ayrı istiqamətin bir-birini əvəz edə biləcək kabel stansiyası var. Təcili yardım 15 dəqiqə ərzində icra olunan çağırışlardır ki, bu, bizim çağırışların 95 faizini təşkil edir. Biz çalışırıq ki, çağırış ünvanına tez çataq. Ancaq yerdə qalan 5 faiz təxirəsalınmaz tədbirlər 1 saat ərzində icra olunur. Narazılıq da burada yaşanır”./Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi