Bakıda toyda dava - Meyxanaçı Samirənin burnunu sındırdılar

Bakıda toyda dava - Meyxanaçı Samirənin burnunu sındırdılar 

Meyxanaçı Samirə toyda xəsarət alıb.

Bu barədə AzNews.az-a məlumat verən sənətçi qeyd edib ki, günlərdə Bakıda keçirilən toy mərasimlərinin birində dava düşüb:

“Mən oxuyurdum. Məclisin gur yerində 5-6 cavan dalaşırdı. Onlar bir-birinə yumruq, təpik atırdı. Biri yumruğunu necə atdısa, burnuma dəydi. Burnum sındı. Narkoz almadan əməliyyat olundum. Hazırda həkimdən gəlirəm”.

Meyxanaçı qeyd edib ki, xəsarətlə bağlı keçirilən əməliyatın bütün xərcini özü çəkib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi