BDU-da struktur dəyişikliyi:yeni müşavirlik yaradılıb, kadr təyinatları olub

BDU-da struktur dəyişikliyi:yeni müşavirlik yaradılıb, kadr təyinatları olub 

Bakı Dövlət Universitetində (BDU) struktur islahatları aparılıb və kadr təyinatları olub.

Rektor Elçin Babayevin müvafiq əmri ilə BDU-nun Tədris Departamentinin müdiri Məlahət Qurbanova vəzifəsindən azad edilib.

M.Qurbanova hazırda Üzvi kimya kafedrasının professor-müəllimi vəzifəsində çalışır.

E.Babayevin imzaladığı digər əmrlə BDU-da rektorun Strateji İnkişaf və Əlaqələr üzrə müşaviri vəzifəsi yaradılıb. Həmin vəzifə Əli Nağıyevə tapşırılıb.

Eyni zamanda, BDU-nun Tədris Departamenti və Beynəlxalq Əlaqələr və Koordinasiya Departamenti ləğv olunub. Beynəlxalq Əlaqələr və Koordinasiya Departamentinin tabeliyində olan Xarici tələbələrlə iş üzrə dekanlıq isə rektorun Strateji İnkişaf və Əlaqələr üzrə müşavirliyinin tabeliyinə verilib.

Bundan əlavə, rektorun daha bir əmri ilə Nazim Məcidov Universitetin Kadrlar şöbəsinin müdiri vəzifəsindən azad edilib. 

O, BDU-nun Tarixi Muzeyinin direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Nazim Məcidov bu ilin yanvar ayında BDU-nun Kadrlar şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu. /Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi