Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirinə mahnı bəstələnib - VİDEO

Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirinə mahnı bəstələnib - VİDEO 

Azərbaycanla Türkiyə arasındakı köklü əlaqələrə diqqət çəkmək istəyən musiqiçi Murad Gönüllü sözləri Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadəyə məxsus olan “Azərbaycan-Türkiyə” şeirini notlara çevirib.

M. Gönüllü iki ölkənin eyni dini, dili, tarixi, mədəniyyəti və ümumi gələcək idealı olduğunu vurğulamaq istədiyini qeyd edib.

“Azərbaycan Qarabağda böyük bir uğur qazandı. Bu münasibətlə iki ölkənin nümunəvi həmrəyliyinə dəstək olmaq və Azərbaycanın Türkiyədəki təbliğatına töhfə vermək üçün Azərbaycan- Türkiyə mahnısını bəstələdim və oxudum”, - deyə o vurğulayıb.

Musiqiçi tərəfindən ifa edilən mahnının aranjimançısı Fərid Mərddir. Murad Gönüllü və Stare Yıldırımın rejissorluğu ilə “kollaj texnikası” ilə hazırlanan klipin studiya və post istehsalı İstanbul Film Makers şirkətinin dəstəyi ilə hazırlanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər