BİR ƏSRİN ŞƏHİD NƏSLİ

BİR ƏSRİN ŞƏHİD NƏSLİ 

Bu kitabı çapa hazırlayarkən yadıma bir hadisə düşdü. 1988-ci ildə ermənilər təzə-təzə Dağlıq Qarabağda qızışaraq nümayiş edirdilər. Torpaq iddiası edən, yurdumuzda ürək açıqlığı ilə yer verdiyimiz ayağı çarıqlı erməni dığaları türklərə divan tutmağa başlayır, vəhşiliklər edirdilər.

Ağdamda böyüyüb boya-başa çatan, Milli Məclisin deputatı olmuş, rəhmətlik Eldar Bağırov ilk dəfə könüllü dəstələr yaradaraq torpaqlarımızı düşmənlərdən qorumaq üçün səngərlər qurmuşdular. Ağdam camaatı könüllü olaraq silah-sursat almaq üçün pul yığmışdılar. Rayonun keçmiş icra başçısı və bir qrup adamlar həmin pulları Bakıya gətirmişdilər. Eldar Bağırov Milli Məclisdə məsələ qaldıraraq respublikaya rəhbərlik etmiş Ayaz Mütəllibovu tənqid etməklə yanaşı, seçicilərin haqlı tələbini ona çatdırmışdır. Eldar Bağırovun məqsədi ermənilərin Əsgaran və Stepanakertdə yerləşən əsas mövqelərini məhv etmək idi. Lakin 1991-ci ildə namərd gülləsi ilə Eldar Bağırov həlak oldu. Qardaşı Allahverdi Bağırov onun yolunu davam etdirərək batalyon komandiri kimi Naxçıvanik, Dəhraz, Ağbulaq, Pircamal istiqamətlərində hücum edərək torpaqlarımızı yağı düşməndən təmizlədilər. Lakin Allahverdi Bağırov həmin döyüşdə minaya düşərək Şəhid oldu. Ana-bacıların ahı ərşə yüksəldi. Allahverdi Bağırov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Ömür-gün yoldaşım Mətanətin dayılarının əslikökü Qubadlı-Zəngəzur bölgəsindəndir. Ağdamda böyüyüb boya-başa çatan bu qardaşlar əsl qeyrət rəmzi idilər. Kişi qeyrətli Həqiqət xanım ürək ağrısı ilə danışmağa başladı:

-Atam Teymur kişi Qubadlı rayonunun Eyvazlı kəndindən Ağdama pənah gətirmişdi. Babam Allahverdi kişi də ermənilərin qənimi olmuşdur. 1918-ci ildə Gorusun daşnaq erməniləri azərbaycanlı kəndləri yandırır, görünməmiş faciələr törədirdilər. Allahverdi kişi vəfalı həyat yoldaşı Zeynəb ilə birlikdə ermənilərə qarşı vuruşurlar. Zeynəb xanım onatılanla neçə-neçə ermənini gəbərdir. Lakin ağır yaralanaraq, sürünə-sürünə qayalıqlar arasında gizlənir ki, düşmən əlinə keçməsin.

Ermənilər bu mərd qadını tapa bilmirlər. Allahverdi kişi döyüşə-döyüşə körpə uşaqlarını -Teymuru və 3 qızını, atının xurcununda gizlədir və əmisi oğluna (9-10 sinif şagirdi) deyir:

-Tez bu uşaqları təhlükəsiz yerə çıxart!

Əmisi oğlu uşaqları əvvəl Şuşaya (Qalaya) sonra isə Ağdama gətirir. Şelli kəndində bir bəy ailəsi (Aftaf bəy) bu körpələri saxlayır, böyüdür. Teymur qoçaq, yaraşıqlı bir gənc olur.

Bəy, Teymuru Şuşanın xanbəy nəsilindən olan Zümrüd xanımla evləndirir.

Yeddi qızı və üç oğlu dünyaya gəlir. Oğlanlarının birinə atası Allahverdinin adını qoyur...

Allahverdi və Eldar 1990-1992-ci illərdə erməni daşnaqlarına qarşı vuruşda həlak olurlar.

Allahverdinin oğlu Elşən də atası kimi döyüşərək qəhrəmanlıq göstərir. Kapitan rütbəsi ilə təqaüdə çıxır. Ali hərbi təhsilli Elşənin bir oğlu dünyaya gəlir. Babası Allahverdinin, ulu babası Allahverdinin adını körpəyə qoyurlar.

İstəkli oxucular! Bu nəsil əsrlərlə erməniyə qarşı mərdliklə vuruşmuşdur. Xocalı faciəsində Allahverdinin xidmətləri misilsiz olmuş, 1000-dən artıq azərbaycanlını erməni əsirliyindən azad etmişdir. O vaxtlar 10 xarici işlər Nazirinin gördüyü işi təkbaşına yerinə yetirmişdir (Yazıçı Elbrus Şahmarın kitabında ətraflı yazılmışdır). Onun arzusu Xankəndinə Azərbaycan bayrağını sancmaq və torpaqları azad edəndən sonra, Qarabağa döyüşdən qaçanları buraxmamaq idi.

Çox təəssüflər olsun ki, Bakıda Allahverdi və Eldar Bağırov qardaşlarının adını əbədiləşdirmək yada düşmür, onların qəhrəmanlığı haqqında kitab yazmaq hamımızı düşündürməlidir.

Böyük qardaşım Baş leytenant Vaqif Allahverdiyev könüllü batalyonlar yaranan gündən Eldar Bağırov adına 845 saylı hərbi hissənin tərkibində Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun komandirliyi ilə Naxçıvanik yüksəkliyinin alınmasında cəsarətlə vuruşmuş və Pircamal, Ağbulaq, Dəhraz, Naxçıvanik ərazisində A.Bağırovun əmri əsasında Komendant təyin olunmuşdur.

Kiçik qardaşım Namiq isə Ağdam rayon polis alayının tərkibində (Polis rəisi İslah Paşayev idi) Kəlbəcər, Ağdam, Laçın, Ağdərə rayonlarının erməni təcavüzündən qorunmasında xidmətləri olmuş, yaralanaraq ağır sarsıntı keçirmişdir. Əvvəllər yeddi dəfə sanbo-cüdo üzrə Azərbaycan çempionu olmuş  Namiq və zabit Vaqif Allahverdiyev Müdafiə Nazirliyinin Arxiv idarəsindən döyüşdükləri haqda arayış almaq üçün müəyyən sədləri keçməyə müvəffəq olmamışlar. Bu da hər iki qardaşın təqaüd almaqdan imtina etməsinə səbəb olmuşdur.

1990-cı illərdə Bakı Kanvol konbinatında texniki nəzarət şöbəsinin rəisi işləyirdim. Eyni zamanda "Sancaq" satirik divar qəzetinin redaktoru idim. Hər dəfə ermənilər Ağdama qratmərmi atarkən poçta qaçar, qardaşlarımla danışar hal-əhval tutardım.

Bir gün evə zəng edərkən dedim: -Ata, bəlkə gəlim, sənin əlyazmalarından, kitablarından, evin əşyalarından təhlükəsiz yerə çıxardım? Özün gəl Bakıya.

Elə bu sözü demişdim ki, kişi necə əsəbiləşdisə:

-Əə...Sənin iki qardaşın burada döyüşür, sən isə Bakıda qalmısan, Evi mən tikdirməmişəm? Qoy dağılsın, gəl, sən də döyüş, torpağı qoru!

Baxmayaraq ki, hərbçilər üçün parça istehsal edirdik, bacardığım köməkliyi edirdim.

Atam mənim gözümdə elə ucalmışdı ki, qaçqın düşəndə də, Bakıda darısqal otağımın birini onun üçün ayırmışdım. 37 kvadratmetr olan darısqal evimin bir kiçik otağında qayınanam üç qızı ilə məskunlaşmışdı. Qaynım Rövşən isə dayılarının yolunu davam etdirərək cəbhədə vuruşurdu.

Görəsən, valideyn borcunu qaytarmaq olarmı? Əsla yox.

Eldar Bağırov adına 845 saylı batalyonun komandiri Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun Xocalı soyqırımında erməni əsirliyindən azad elədiyi soydaşlarımızın bir qisminin siyahısı həmin vaxtlar batalyonun döyüşçüləri tərəfindən Naxçıvanik, Pircamal, Kətik, Aranzəmin kəndləri azad olunarkən həmin kəndlərdə komendant təyin olunmuş Baş leytenant Vaqif İlyas oğlu Allahverdiyevin gündəliyindəki məlumata əsasən tərtib olunub:

Adı, familyası, atasının adı və yaşadığı yer haqqında məlumat:

1. Mamedov Həsən İsrafil oğlu. 1925 təvəllüdlü. Şuşa şəhəri General M.Quliyev 10. Əsirlikdən alınmışdır: 19 may 1992-ci ildə Batalyon komandiri Allahverdi Teymur oğlu Bağırov tərəfindən Əsgəran ərazisindən əsirlikdən azad olunmuşdur.

2. Abbasov İdris Qaraş oğlu təv. 1936. Laçın rayonu Pircahan kəndi. 19 may 1992-ci il-də Batalyon komandiri Allahverdi Bağırov tərəfindən ermənilərdən alınıb.

3. Beypudov Mehman Çərkəz oğlu 1932 ildə anadan olmuş Şuşa rayonu Xələfli kəndi. 28 may 1992-ci ildə Batalyon komandiri Allahverdi Bağırov tərəfindən erməni əsirliyindən azad edilib.

4. Ağayev Bəylər Nəsir oğlu. Təvllüdü 1909 Şuşa şəhəri 28 may 1992-ci ildə Batalyon komandiri Allahverdi Bağırov tərəfindən erməni əsirliyindən azad edilib .

Hal-hazırda Bərdə şəhərində yaşayır.

5. Məhərrəmova Gülnaz dəmir qızı. Şuşa şəhəri 28 may 1992-ci ildə Batalyon komandiri Allahverdi Bağırov tərəfindən erməni əsirliyindən azad edilib.

6. Əmirova Şahnaz Ağəli qızı. 1990-cı il Şuşa şəhəri. 28 may 1992-ci ildə Batalyon komandiri Allahverdi Bağırov tərəfindən əsirlikdən azad olunub. 3 yaşlı uşağı və 7 uşağı vardır.

7. Məhərrəmova Solmaz Dəmir qızı. Təvəllüdü 1962-ci il. Şuşa şəhəri. 28 may 1992-ci ildə Batalyon komandiri Allahverdi Bağırov tərəfindən əsirlikdən azad olunub.

8. Əliyeva Günay Qafar qızı. Təvəllüdü 1988. 28 may 1992-ci ildə Batalyon komandiri Allahverdi Bağırov tərəfindən əsirlikdən azad olunub.

9. Əliyev Cümşüd Şahmar oğlu. 1956-cı ildə anadan olub. 28 may 1992-ci ildə Batalyon komandiri Allahverdi Bağırov tərəfindən əsirlikdən azad edilib. Füzuli rayonu Rüstəm Əliyev küçəsi d 2. ev N1.

10. Nadirov Bayram Cahangir oğlu. 1965-ci ildə Qax rayonu Zəyəm kəndində anadan olmuşdur. Şahbulaqda 18112 N-li hərbi hissənin əsgəri. 16.II. 92-ci ildə Martuni rayonu Qaradağlı kəndindən əsir alınmışdır. 30 mart 1992-ci ildə Batalyon komandiri Allahverdi Bağırov tərəfindən Əsgəran ərazisindən ermənilərdən azad olunub. Hal-hazırda Qax rayonu Zəyəm kəndində müalicə olunur. 43 gün əsirlikdə olub.

11. Əhmədov Aydın İbrahim oğlu, təvəllüdü 1963-cü ildə Tovuz rayonu Bozalqanlı kəndi. 18 may də 1992-ci ildə (Qəhrəman) Allahverdi Bağırov tərəfindən əsirlikdən azad edilib.

12. Orucov Canan Allahverdi oğlu. 1998-ci ildə anadan olub. Xocalı rayonunda baytar həkimi işləyib. 28 fevral 1992-ci ildə ermənilər tərəfindən əsir alınıb. 2 mart 1992-ci ildə Əsgəran ərazisində Batalyon komandiri Allahverdi Bağırov tərəfindən əsirlikdən azad edilib. Hal-hazırda Bakı şəhəri, Neapol 23, ev nömrə 123-də yaşayır. Qardaşının telefonu Bakı. 62-19-46.

Jurnalda belə qeydlər çoxdur: Yazılanlar düzdür, onun üçün imza edirəm.

13. Həyat yoldaşı Orucova Gülaya Abuzər qızı. 1942-ci ildə anadan olmuş, Xocalı rayo-nu 28 fevral 1992-ci ildə ermənilər tərəfindən əsir götürülüb. 2 mart 1992-ci ildə Əsgəran ərazisində Batalyon komandiri Allahverdi Bağırov tərəfindən əsirlikdən azad edilib.

Hal-hazırda Bakı şəhəri, Əhmədli qəsəbəsi Neapol 23, ev nömrə 123-də yaşayır.

14. Qızı Orucova Aybəniz Canan qızı. Xocalı rayonunda 1971-ci ildə anadan olmuşdur. Hesablama idarəsində ekonomist işləyib. 28 fevral 1992-ci ildə ermənilər tərəfindən əsir alınıb. 2 mart 1992-ci ildə Əsgəran ərazisində Milli Qəhrəman Allahverdi Bağırov tərəfindən əsirlikdən azad edilib. Hal-hazırda Bakı şəhəri, Neapol 23, ev nömrə 123-də yaşayır.

15. Orucova Leyla Canan qızı 1973-cü ildə Xocalı rayonunda anadan olub. Tədarük idarəsində kassir işləyib. 28 fevral 1992-ci ildə Naxçıvanik kəndindən keçərkən gecə saat 4 radələrində ermənilər tərəfindən əsir alınmışdır. 2 mart 1992-ci ildə Əsgəran ərazisindən Batalyon komandiri Allahverdi Teymur oğlu Bağırov tərəfindən əsirlikdən azad edilib. Hal-hazırda Bakı şəhəri, Əhmədli qəsəbəsi Neapol 23, ev nömrə 123-də yaşayır.

16. Quliyev Hüseynağa Aydın oğlu. 1968-ci ildə Xocalı rayonunda anadan olub. Snabda anbarda işləyib. 28 fevral 1992-ci ildə Naxçıvanik ərazisində erməni quldurları tərəfindən əsir alınıb. 2 mart 1992-ci ildə Əsgəran ərazisində Batalyon komandiri Allahver-di Bağırov tərəfindən əsirlikdən azad edilib. Hüseynağa da vəhşi ermənilər tərəfindən işgəncələrə məruz qalmışdır. Hal-hazırda Bakı şəhərində Respublika xəstəxanasında müalicə olunur (Hüseynağa haqqında növbəti kitabımda. R.İ).

17. Uşaqları Quliyev Murad Hüseynağa oğlu və Quliyev Fuad Hüseynağa oğlu ekiz qardaşlar erməni quldurları tərəfindən 28 fevral 1992-ci ildə Naxçıvanik ərazisində əsir alınıb. 2 mart 1992-ci ildə Əsgəran ərazisində Batalyon komandiri Allahverdi Bağırov tərəfindən əsirlikdən azad edilib.

18. Quliyev Hüseynağanın anası Quliyeva Südabə Allahverdi qızı. 1939-cu ildə Xocalı rayonunda anadan olmuşdur. 28 fevral 1992-ci ildə erməni quldurları tərəfindən əsir alınıb. 2 mart 1992-ci ildə Əsgəran ərazisində Batalyon komandiri Allahverdi Bağırov tərəfindən əsirlikdən azad edilib.

19. Əliyev Hüseyn Sarı oğlu. 1932-ci ildə Xocalı rayonunda anadan olub. Sovxozda fəhlə işləyib. Hazırda Yevlax MalBinəsi kəndində Qara kişigildə yaşayır.

20. Məmmədov İsrafil Həsən oğlu. 1927-ci il Şuşa şəhərində anadan olub. 9 may 1992-ci ildə əsir alınıb. Xankəndində 10 gün qaldıqdan sonra 20 may 1992-ci ildə Batalyon komandiri Allahverdi Bağırov tərəfindən əsirlikdən azad edilib.

Hazırda Bakı şəhər Semaşka xəstəxanasındadır. Ünvanları: Mərdəkan Sanatoriyası "Orlionok" pioner düşərgəsi (Ağdam Qərvənd Nadir)

21. Cəfərov Zahid Əlif oğlu 1958-ci il Kəlbəcər rayonu Ağdaban kəndi. Həyat yoldaşı Cəfərova Sevinc Bəhram qızı 1958-ci ildə Kəlbəcər rayonunda anadan ol-muşdur. 7 aprel 1992-ci ildə Kəlbəcər rayonu Ağdaban kəndindən ermənilər tərəfindən əsir tutulmuşdur. 7 may 1992-ci ildə Batalyon komandiri Allahverdi Teymur oğlu Bağırov tərəfindən əsirlikdən azad edilib.Hazırda Gəncə şəhərindən yaşayır.

22. Uşaqları, 7 yaşlı Cəfərova və 6 yaşlı oğlu Cəfərov Samir Zahid oğlu Batalyon koman-diri Allahverdi Bağırov tərəfindən7 may 1992-ci il Əsgəran ərazisində  əsirlikdən azad olunub. 

23. Zeynalov Qafar Xanlar oğlu 1931 dekabr 15-də anadan olub. 52 gün Xankəndində əsirlikdə olmuş, Şuşa rayon Quşçular kənd sakini. 3 aprel 1992-ci ildə Batalyon komandiri Allahverdi Bağırov tərəfindən əsirlikdən azad edilib. Hazırda Bakıda "Gilavar" sanatoriyasında Pirşağa qəsəbəsində yaşayır. Qafar Zeynalov (Bu sözlər öz xətti və imzası ilə yazılıb)

Azad olunanların bir qisminin siyahısı da bu jurnalda qeyd olunmuşdur.

1. Quliyeva Südabə

2. Orucova Xədicə Həsən qızı

3. Orucov Ruslan Şakir oğlu

4. Əliyev İsa Əbdüləli oğlu

5. Əliyev Mehdi Firdofsi oğlu

6. Əliməmmədov Yaşar Şahmalı oğlu

7. Orucov Mübariz Rəşid oğlu

8. Həsənova Şəlalə Əli qızı (2 uşaq)

9. Abdullayeva Sənəm Həsən qızı (2 uşaq)

10. Abdullayeva Tərlan Məhəmməd qızı

11. Quliyeva Dilşad Saday qızı

12. Abbasova Məruzə Samson qızı

13. Mənsurə

14. Ləvxanım

15. Həsənova Təzəgül Həsən qızı

16. Rəcəbov Elxan…

Saralmış vərəqlərin arxasını tapa bilmədim.

Eldar Bağırov adına batalyonun keçmiş bölük komandiri Baş leytenant, II qrup Qarabağ müharibəsi əlili Allahverdiyev Vaqifdən əlavə mə-lumat almaq istəyənlər Ağdam rayonunda Quzanlı çadır şəhərciyində məskunlaşmış qaçqın qardaşıma müraciət edə bilərlər.

Rauf İlyasoğlu

“Yolda qalan izlər” kitabından

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi