BŞİH deputatlığa qadın namizədlərin yürüşünə icazə verdi:"Lökbatana gedin"

BŞİH deputatlığa qadın namizədlərin yürüşünə icazə verdi:"Lökbatana gedin" 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) deputatlığa namizədlər Gülnarə Mehdiyeva, Rəbiyyə Məmmədov və digər qadınların martın 8-də yürüş keçirilməsi ilə bağlı müraciətlərinə cavab verib.

Meriyadan Strateq.az-a verilən məlumata görə, BŞİH təklif edilən yerin əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu ictmai iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi üçün məqsədəmüvafiq olmadığını bildirib: “Yürüşün keçirilməsi üçün alternativ yer olaraq martın 8-i saat 15.00-dan 16.00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə “Neftçi İdman Klubu” İctami Birliyinin Qaradağ təlim-idman bazasının yanından hərəkət etməklə 20 Yanvar boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklib olunub”.  

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi