"Bu nazirliyin xalqdan xəbəri yoxdur,kabinetdə oturub... -

"Bu nazirliyin xalqdan xəbəri yoxdur,kabinetdə oturub... - Narazılıq

“Sosial yardımın həcmi o qədər azdır ki, onu işsizə versələr belə onunla dolanmaq mümkün olmadığı üçün o əlavə iş tapıb işləməli olacaq.

Nazir müavini bildirir ki, işləməyənə sosial yardım verməyək, qoy məcbur qalıb işləsin. Bu müavindən soruşmaq lazımdır ki, işləməyən birinə dövlət iş təklif edirmi? Hər halda insanlar keflərindən işsiz deyillər. Demək ki, iş yoxdur, iş tapmaqda çətinlik çəkirlər.

Nazir müavini Anar Kərimovun çıxışından belə başa düşülür ki, guya vətəndaşa işlər təklif olunur, vətəndaş da işləməkdən imtina edir ki, biz sosial yardım alacağıq, ona görə də işləmirik. Guya bu prosesin qarşısını almaq üçün ancaq işləyənlərə sosial yardım verirlər. İşləyən heç olmasa evinə müəyyən qədər pul apara bilir. İşləməyən isə demək ki, iş tapa bilmədiyi üçün o müavinətə ehtiyacı var. Bu sosial yardımdır, işləməyənə, işləyə bilməyənə verilməlidir”.

Bu sözləri Tribunainfo.az-a AĞ Partiya başqanı Tural Abbaslı bildirib. O qeyd edib ki, dövlət vətəndaşa iş təklif etməli, onu işlə təmin etməlidir. Vətəndaş işdən imtina edərsə, işləmək istəməzsə, bu zaman ona verilən sosial yardım dayandırılmalıdır:

“Dövlət axı bu işsizə iş də təklif etmir. Üstəlik sosial yardım da vermir. Əslində, bu nazirliyin, nazirlik rəsmilərinin açıqlamaları normaldır. Çünki onların heç birinin xalqdan xəbəri yoxdur. Xalqın içində deyillər, kəndə, rayona, qəsəbəyə, bölgələrə getmirlər. Kabinetdə oturub kasıbın dərdini çəkmək mümkün deyil. Onun yerində, yanında olmaq lazımdır ki, halını da başa düşəsən.


Dövlətin borcudur iş yerləri açsın, insanları işlə təmin etsin. İnsanların öz sosial durumlarını düzəltməsi üçün şərait yaratmalıdır. Dövlət bunu da etmir, üstəlik də açıqlama verirlər ki, sosial yardım da verməyəcəyik. Bəs bu vətəndaş nə etsin, yıxılsın ölsün? Bu çox məntiqsiz və uğursuz bir açıqlamadır. Həmçinin uğursuz siyasi xətdir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi