Bu plastik cərrahların sertfikasiya şəhadətnaməsi ləğv olundu

Bu plastik cərrahların sertfikasiya şəhadətnaməsi ləğv olundu 

Tanınmış plastik cərrah Mübariz Məmmədlinin sertfikasiya Səhiyyə Nazirliyi tərəfindən ləğv olunub.

Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komissiyasının müvafiq qərarına əsasən ona plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verən 2020-ci il tarixli sertifikasiya şəhadətnaməsinin əsaslılığı təsdiq olunmayıb.

Bu səbəbdən Səhiyyə Nazirliyinin müvafiq əmri ilə M.Məmmədlinin sertfikasiya şəhadətnaməsi ləğv olunub.

Qərardan narazı qalan Mübariz Məmmədli aktın ləğvi üçün məhkəməyə müraciət edib. Səhiyyə Nazirliyinin nümayəndəsi isə məhkəmədə bildirib ki, Mübariz Məmmədlinin plastik cərrah kimi ixtisas üzrə kursdan keçmədən sertifikasiya imtahanına buraxılıb və ona sertifikasiya şəhadətnaməsi verilib. Onun qeyd edilən ali ixtisaslı tibb təhsilinə malik olmaması işin mübahisəsiz haldır.

Məhkəmə instansiyaları M.Məmmədlinin Səhiyyə Nazirliyinin qərarının ləğvinə dair iddiasını təmin etməyib.

Qeyd edək ki, bu yaxınlarda M.Məmmədli ilə bağlı daha bir məhkəmə prosesi başa çatmışdı. O, "İnternational Medical Centre-Bakı”ya məxsus "Baku Medical Plaza”da etdiyi qüsurlu əməliyyata görə pasiyent Z.Məmmədovaya 15000 manat ödəməli olmuşdu.

***

Daha bir tanınmış plastik cərrahın sertifikasiya şəhadətnaməsinin ləğv edildiyi məlum olub.

Bu dəfə söhbət Səkinə Xudiyevadan gedir.

Onun AH № 045184 nömrəli sertifikatının ləğvi ilə bağlı müvafiq qərarı Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komissiyası qəbul edib.

S.Xudiyeva Təftiş Komissiyasının qəbul etdiyi qərarın ləğvi üçün məhkəməyə müraciət etsə də, onun şikayət ərizəsi təmin olunmayıb.

Belə ki, plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliyə əsasən, ali ixtisaslı tibb təhsili (rezidentura, uzmanlıq və digər) tələb olunduğu halda, Səkinə Xudiyeva plastik cərrah kimi ixtisas üzrə kursdan keçmədən sertifikasiya imtahanına buraxılıb və bu sənədi əldə edib.

Qeyd edək ki, Səkinə Xudiyeva ilə bağlı mediada çoxsaylı pasiyent şikayətlərinə rast gəlmək mümkündür.

Xatırladaq ki, daha öncə digər tanınmış plastik-cərrah Mübariz Məmmədlinin sertifikasiya şəhadətnaməsinin ləğv edilməsi ilə bağlı xəbər vermişdik. M.Məmmədli sonradan bu xəbəri təkzib etməyə çalışsa da, onun bu qərarın ləğvi üçün müraciət etdiyi məhkəmədə sonuncu iclas 15(1-8)-13/2026 nömrəli məhkəmə işində yekunlaşıb.//Xitab24.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi