Çal, Ədalət, çal, ağa-bəy havasıdır...

Çal, Ədalət, çal, ağa-bəy havasıdır... 

Məşhur saz ustadı, “Yanıq Kərəmi”, “Baş sarıtel”, "Ruhani" və başqa saz havalarının bənzərsiz ifaçısı Aşıq Ədalət Nəsibov bu gün vəfat edib.

 Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda anadan olub. Saz çalmağı atası Məhəmmədəlidən öyrənib. Ustadı aşıq Əli isə onun əsl sənətkar kimi yetişməsində böyük rol oynayıb.

Aşıq Ədalət misilsiz ifaları ilə hələ gənc yaşlarından ölkədən və Azərbaycandan kənarda məşhurlaşıb. Buna görə də “Yeddi oğul istərəm” filminə dəvət alıb və burda Aşıq Ədalətin məhz “Yanıq Kərəmi”si əbədiləşib.

Aşıq haqqında bir çox qələm sahibləri qürurla danışırdı. Türkiyə yazıçısı Əziz Nesin Aşıq Ədalətdən danışarkən, "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”, - sözlərini demişdi.

Qeyd edək ki, Ədalət Nəsibov qırtlağında xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi