CAVİD QURBANOV 15 MİN NƏFƏRİ İŞDƏN AZAD EDƏCƏK! –

CAVİD QURBANOV 15 MİN NƏFƏRİ İŞDƏN AZAD EDƏCƏK! – “Azərbaycan Dəmir Yolları”na ŞOK tövsiyə

2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşlarının sayının 3 dəfədən çox azaldılması nəzərdə tutulur.

Report.az xəbər verir ki,bunu dövlət müəssisəsinin auditini həyata keçirən KPMG audit şirkəti bəyan edib.

Audit nəticəsində məlum olub ki, ADY-nin işçi heyətinin sayı, təxminən, 22 min nəfərdirvə bu rəqəmin 6 422 nəfərə qədər azaldılması, orta aylıq əmək haqqının isə 596 manat təşkil etməsi tövsiyə olunub.

Bu o deməkdir ki, qarşıdakı 3 ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Cavid Qurbanov hər il orta hesabla 5 min, ümumilikdə isə 15 mindən artıq əməkdaşı işdən azad edəcək. Lakin hətta bundan sonra da QSC-də orta aylıq əməkhaqqı cəmi 596 manat təşkil edəcək. Onda sual olunur: Belə kütləvi ixtisardan sonra “Azərbaycan Dəmir Yolları”nda orta aylıq əməkhaqqı cəmi 596 manat təşkil edəcəksə, o halda indi neçə manat təşkil edir?

Dərin araşdırmadan təxmin etmək olar ki, söhbət qəpik-quruşdan gedir… 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi