Daha bir dərslik biabırçılığı-"Ala, dibilsən? Çıxaruğ şəhərə, bir az mırt tutaruğ"

Daha bir dərslik biabırçılığı-"Ala, dibilsən? Çıxaruğ şəhərə, bir az mırt tutaruğ" 

Göründüyü kimi Sabiq təhsil nazirini günahlandıranlar,ondan sonra daha pis nümunələrlə üz-üzə qalıblar.Təhsil ekspertlərinin yerinə isə artıq valdeyinlər dərsliklərdəki ciddi nöqsanları ictimailəşdirirlər.

Orta məktəblərdə tədris olunan 8-ci sinf Azərbaycan dili dərsliyində olan mətn yenidən valideynlər tərəfindən gündəmə gətirilib.

Onlar mətndə istifadə olunan vulqar sözlərin 8-ci sinif şagirlərinə pis örnək olduğunu bildirir, bu səbəblə dərsliklərin dəyişdirilməsini istəyirlər.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən təhsil eksperti Emin Məhərrəmov bildirir ki, belə yanaşmalar dünyada da var:

“Hərdən real vaxtın səciyyəvi sözlərini göstərmək üçün dərsliklərə bu cür mətnlər salınır. Mən deməzdim ki, qətiyyən olmaz. Mətnin dərsliklərdən çıxarılması məsələsinə gəlincə, bu, çox uzun bir prosesdir. Məsələ bir ildən çoxdur gündəmdə var. Bəlkə, 2-3 ildən sonra çıxarıla bilər”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirdi ki, həmin mətn vulqar sözlərin bir nümanəsidir. Burada tərbiyəsiz heç nə yoxdur:

“Bu məsələ ötən il də müzakirə olundu. Dilçilər göstərdilər ki, bu, əxlaqsız bir mətn deyil. Sadəcə mətnin yaxşı danışıq dili olmadığını bildirmək üçün uşaqlara göstərilən nümunədir, təbliğ deyil”.

Dərslikdə gedən həmin mətni təqdim edirik:

Həsən və Mehdi söhbət edir

- Alə, axşam gedey gezmeyə?

- Hara, brat?

- Nə bilim, çıxaruğ şəhərə, bir az mırt tutaruğ.

- Ala, dibilsən? Camaatnan nə işimiz var? Bir də axşam hazırrığlarım var. Allah haqqı, evdə məni nadayet eliyiblər. Oxu, oxu... Lap adamı təkərə salırlar ey...

- Karoçi, gedirsən, getmirsən?

-, dedim, dərsə gedirəm.
 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər