DÇ-2026-nın qalibi kim olacaq? – Ekspert proqnoz verdi

DÇ-2026-nın qalibi kim olacaq? – Ekspert proqnoz verdi 

İspaniya-Fransa yarımfinal oyununda əksəriyyət Fransanı favorit göstərirdi. Mən də Fransanın gücünə heyran qalmışdım. Ancaq İspaniya o qədər ağıllı oyun oynadı ki, Fransanın o güclü tərəflərini, hücuma meyilli futbolçularını zərərsizləşdirdi. Çox yaxşı kollektiv müdafiə göstərdilər və bunun da sayəsində finala vəsiqə qazandılar.

Faktinfo.az xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında idman jurnalisti Ceyhun Rzayev deyib.

“Digər yarımfinal olan Argentina-İngiltərə oyununa gəlincə isə deyə bilərik ki, İngiltərə oyuna çox yaxşı başlamışdı. Yəni Argentina oyunu müdafiədən qururdu, İngiltərənin təzyiqi var idi və təzyiqin nəticəsi kimi hesabı açdılar. Ancaq ondan sonra İngiltərənin baş məşqçisi Tomas Tuxel komandanı çox arxaya çəkdi. İkinci hissədə əvəzetmələr elədi, müdafiəçilərin sayını çoxaltdı. Argentinanın baş məşqçisi isə 80-ci dəqiqədə ikinci hücumçunu meydana buraxdı. Müdafiəçini çıxarıb, hücumçunu meydana buraxmaqla hücumda say çoxluğu yaratdı və bu təzyiqin nəticəsində də Argentina iki qol vurdu.

Və əlbəttə ki, biz Messinin möhtəşəm oyununu qeyd etməliyik, iki assist elədi və bunun nəticəsində Argentina “kambek” edib, finala çıxdı”, - o bildirib.

Jurnalistin sözlərinə görə, final üçün həqiqətən də proqnoz vermək çətindir:

“Çünki bir-birinə layiq iki yaxşı komandanın oyunu olacaq. Argentina daha aqressiv futbolçulardan təşkil olunub. Yəni Argentinanın qələbə qazanması üçün mütləq Messi faktoru yenə ön plana çıxmalıdır.Çünki Messi qrup mərhələsindən başlayaraq, ilk oyundan etibarən komandanı finala qədər daşıyıb - vurduğu qollarla, assistləri ilə. Yenə Messi nəsə xariqələr yaratmalıdır.

Əgər Messi ön plana çıxa bilməsə, ispaniyalılar Messini saxlaya bilsələr, düşünürəm ki, İspaniya bu matçın favoritidir. Çünki İspaniya Fransaya qarşı həqiqətən də möhtəşəm oyun göstərmişdi. Kollektiv müdafiəsi də, kollektiv hücumu da yaxşıdır. Amma yenə deyirəm, final bir oyundan ibarətdir. Burada kim az səhv edəcəksə, kim qol vəziyyətlərindən istifadə edəcəksə, o da qalib gələcək”.

Qeyd edək ki, final oyunu 19 iyulda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi