Dəhşətdir, bu şagirdlərin yarısı sıfır bal yığıb - Ekspert

Dəhşətdir, bu şagirdlərin yarısı sıfır bal yığıb - Ekspert 

Ölkə üzrə 9-cu sinif şagirdlərinin 50 faizi riyaziyyatdan 1-ci buraxılış imtahanında 0 bal toplayıb, yəni imtahan vərəqini heç nə yazmadan geri qaytarıb.

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkə üzrə əksər 9-cu sinif şagirdlərinin riyaziyyat fənnindən buraxılış imtahanından 2 qiymət alması ilə bağlı danışarkən deyib:

“DİM 2018-2019-cu tədris ilinin yekun elmi-statistik təhlilini açıqlayıb. Bu statistikaya görə, ölkə üzrə 9-cu sinif şagirdlərinin riyaziyyatdan olan 1-ci mərhələ imtahanda 100 ballıq sistemlə orta göstəricisi 10 bal olub.

Ölkə üzrə 50 faiz 9-cu sinif şagirdi bu mərhələdə 0 bal toplayıb. Yəni imtahan vərəqini heç nə yazmadan geri qaytarıb. Bu, sadəcə dəhşətdir”./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər