Deputat: “İgid bir döyüşçünün günahıdır ki, sona qədər düşmənə qarşı döyüşüb, ancaq yaralanmayıb?”

Deputat: “İgid bir döyüşçünün günahıdır ki, sona qədər düşmənə qarşı döyüşüb, ancaq yaralanmayıb?” 

Son dövrlərdə qazi və müharibə veteranlarının hüquqi statusları ilə bağlı müxtəlif müzakirələr aparılır. Bir çoxları iki statusun eyni məna kəsb etdiyini bildirərək birləşdirilməsinin tərəfdarıdır. 

 Bəs belə bir dəyişiklik gözlənilir?

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov statusların birləşdirilməyinə müsbət baxdığını bildirib.

 O hesab edir ki, döyüşdə iştirak edən hər bir şəxs qazi adlandırılmalıdır: “Qonşu qardaş Türkiyə dövlətində kimsə əlinə silah götürüb vətənin müdafiəsi uğrunda döyüşə gedibsə, onların hamısı qazi adlanır. İgid bir döyüşçünün günahıdır ki, sonadək düşmənə qarşı döyüşüb, qəhrəmanlıq göstərib, ancaq yaralanmayıb? Burada ola bilsin mənim fikrimlə razılaşmayanlar olsun, ancaq şəxsi fikrimdir. Hesab edirəm ki, kim ki vətən uğrunda döyüşüb, hərbi geyimi geyib, silah götürüb düşmənə qarşı döyüşdə iştirak edibsə, onların hamısı qazidir. Hələlik gündəmdə bu mövzu müzakirə edilmir. Ola bilsin, yaxın gələcəkdə olsun”.

 Qeyd: Müharibə veteranı ayrıca statusdur və əsasən döyüş əməliyyatlarında iştirak faktına əsaslanır. Qazi anlayışı isə müharibə ilə əlaqədar xəsarət almış və bunun nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərlə bağlı istifadə olunur və bu, veteran statusu ilə eyni hüquqi status deyil.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪