"Deputat Jalə Əliyeva saxtakarlıq edib”

"Deputat Jalə Əliyeva saxtakarlıq edib” - Adəm Məmmədov + VİDEO

92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Adəm Məmmədov keçmiş deputat Jalə Əliyevanın sosial şəbəkədə paylaşdığı videonun həqiqətəuyğun olmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, Adəm Məmmədov seçicilərlə görüşündə rəqibi Jalə Əliyevanın seçiciləri aldatdığını iddia edib:“Jalə Əliyeva saxtakarlıq edib. Milli Məclisdə danışdığı məsələ tamam başqa məsələ olub. Amma sonradan studiyada səsini yazdıraraq elə təqdim edib ki, guya Zərdabın problemini Milli Məclisdə qaldırıb. Və bunun üzərindən təbliğat aparır.

Təsəvvür edirsiniz bu nə deməkdir? Bu, seçiciləri aldatmaq deməkdir. Buna başqa ad vermək olmaz. Gedib, studiyada səsini yazdırıb ki, guya Zərdabın Məlikli kəndinin problemini Milli Məclisdə qaldırıb”.

Vəkil Adəm Məmmədovun iddiası ilə bağlı Jalə Əliyevanın münasibətini öyrənmək üçün zəng edərək, sosial şəbəkədə səhifəsinə yazaraq açıqlama almağa çalışdıq. Amma cədhlərimiz nəticəsiz qaldı.

Xatırladaq ki, həmin dairənin deputatı Jalə Əliyeva Milli Məclisin, üçüncü, dördüncü və beşinci çağırışın deputatı olub. O, bu dəfə də namizədliyini eyni dairədən irəli sürüb.

Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.

Faktinfo.az onu da xatırladır ki, 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən üç çağırış millət vəkili seçilmiş Jalə Əliyeva mətbuatda daima sabiq nazir Ziya Məmmədovun adamı kimi xarakterizə olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər