Dərman qiymətlərinin bahalığına görə narazılıq artır

Dərman qiymətlərinin bahalığına görə narazılıq artır 

Dərmanların qiymətlərinin baha olmasından narazılıq edənlər saysızdır.Xüsusilə yaşlı insanlar apteklərə müraciət etdikdə,müalicələri üçün onlara məsləhət bilinən dərmanları ala bilmədikdə Tarif Şurasını qınayırlar.


Məsələn bu yaxınlarda Faktinfo.az-a göndərilən bir məlumatda qeyd olunurdu ki,yaşlı insanlara və gözündə quruma prosesi başlayan pasiyentlərə həkimlərin məsləhət bildiyi 10 milli qramlıq LUBRİS və LUMİXA göz damcılarının qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə az qala 50 faiz bahalaşıb.Gündəlik işlədilən LUMİXA göz damcılarının qiyməti 25 manat olub.Həmçinin nevroloji, ankoloji və göbələk əlehinə olan TERBİSL vəs. xəstələrin istifadə etdikləri dərman peraparatlarının qiymətləri iki dəfəyə yaxın bahalaşıb.Ona görə də əksər apteklərdə dərmanların qiymətini eşidən xəstələr və ya onların sahibləri Tarif Şurasınının qiymət siyasətini tənqid etmədən,oradan kənarlaşmırlar.Belə nə qədər davam edər,bir olan ALLAH bilir!

Qeyd edək ki,bu günlərdə Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı həddi təsdiq edilib.Yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.Tariflərin isə sentyabrın 15-dən qüvvəyə mindiyi elan olunub.Bu tədbirlərin  dərman peraparatlarının ucuzlaşmasına təsir edib-etməyəcəyini isə zaman göstərəcək.

Faktinfo.az





Dərman qiymətlərinin bahalığına görə narazılıq artır
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi