Doğuş qız zorlayıb, həbsdən çıxmaq üçün onunla evlənib və...

Doğuş qız zorlayıb, həbsdən çıxmaq üçün onunla evlənib və... - Xoşqədəmi şoka salacaq xəbər

Müğənni məhkumluq həyatı yaşayıb.

Tanınmış aparıcı Xoşqədəm Baxşəliyevanın həyat yoldaşı Doğuş məhkumluq həyatı yaşayıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əsl adı Orhan Baltacı olan məşhur müğənni 1993-cü ildə Türkiyədə zorlamaya görə 1 il 4 ay müddətinə həbs olunub. 4 ay həbsdə qalan Doğuş təcavüz etdiyi Pınar Cankır ilə evləndiyi üçün həbsxanadan azad edilib.

Bir müddət sonra məlum olub ki, bu evlilik yalandır. Həbsdən azad olunmaq istəyən Doğuş Pınar Cankır ilə razılığa gələrək ona külli miqdarda pul verib və evlənib. Pınar həbsdən çıxandan sonra boşanmaq istəyən müğənniyə etiraz etdikdə Doğuş onun müxtəlif kişilərlə olan video görüntülərini məhkəməyə təqdim edib.

Qeyd edək ki, müğənni Doğuş 2014-cü ildə azərbaycanlı aparıcı Xoşqədəm Baxşəliyeva ilə ailə həyatı qurub. Onların bu evlilikdən əkiz oğulları var.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi