“Dul qadınla görüşün, savabdır” -

“Dul qadınla görüşün, savabdır” - Aktrisadan kişilərə “məsləhət”

Azərbaycanlı aktrisa, aparıcı Könül Yusifqızı son paylaşımı ilə diqqət çəkib.

O, kişilərin 18-25 yaşlı qızlarla sevgili olması haqda yazıb: "Ay kişilər, siz allah sevgili kimi görüşəndə boşanmış, dul və ya yanı uşaqlı xanımla görüşün. Savabdır, balasının əlini çörəyə çatdırın, arxa-dayaq olun, dəstək olun. Onsuz da görüşürsünüz.. Bizim cəmiyyətdə 5% kişi and içə bilər ki, evlənəndən sonra görüb- gördüyü arvadıdır. 

Qalan 95% elə bil and içib, öhdəçilik götürüb ki, arvadımdan başqa, sevgilim də olmalıdır. Hələ qıraqda biri olsa, dərd yarı. Hərdən 2-3-ü olur. Olsun, mənim nə həddimə işinizə qarışım, amma bu 18-25 yaş arası qızlarla işiniz olmasın. Alışdırmayın onları məşuqə olmağa, qoy universitet oxusunlar, ərə getsinlər, ailə, uşaq sahibi olsunlar. Vallah alışqanlıq pis şeydir...

Sonra da durub deyirsiz ki, filankəs gəzəyəndir, filankəs fahişədir, filankəsi saxlayan var. Siz edirsiz də... Etməyin. Edib də, sonra qeybətin etməyin”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi