Dünya üzrə koronavirusdan 55 jurnalist vəfat edib

Dünya üzrə koronavirusdan 55 jurnalist vəfat edib 

Martın 1-dən etibarən dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş 55 jurnalist vəfat edib.

Bu barədə “The Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı məlumat yayıb.


Bildirilib ki, vəfat edən jurnalistlər dünyanın 23 müxtəlif ölkəsindəndir.


Qeyd olunub ki, jurnalistlər xəstəxanalardan material hazırlayarkən, həkimlərdən, siyasətçilərdən, iqtisadçılardan müsahibələr alarkən tibbi vasitələrin çatışmazlığı səbəbindən özlərini qoruya bilməyiblər və koronavirusa yoluxublar./Bakupost.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi