Elə şeylər var ki, Ərdoğan bilmir, Sahil Babayev isə bilir.... - Ərdoğan da kefdir eee...

Elə şeylər var ki, Ərdoğan bilmir, Sahil Babayev isə bilir.... - Ərdoğan da kefdir eee... 

“Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə üç uşaq deyirəm, Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə beş uşaq deyirəm.

Bunu bacardıqda, Azərbaycan daha güclü olacaq. Əhali ölkənin gələcəklə bağlı praqdimasını dəyişdirir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya son səfəri zamanı mətbuata açıqlamasında deyib.

Ancaq Azərbaycanda Türkiyə Prezidentindən tam fərqli düşünən yüksək ranqlı məmurlar, məqam sahibləri var. Onları Azərbaycanın gələcəyi, güclü olması, böyüməsi kimi “boş-boş şeylər” yox, pul düşündürür...

Məsələn, fikri-zikri nə yolla olursa olsun, dövlətin əhalinin sosial problemlərinin həllinə, pensiyaçılara, imkansız ailələrə ayırdığı büdcə vəsaitlərinə “qənaət etmək” olan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Rəcəb Tayyib Ərdoğan kimi düşünmür.

Təsadüfü deyil ki, sosial şəbəkələrdə Türkiyə Prezidentinin fikirlərini “Ərdoğan Sahil Babayevi “vurdu” kimi təqdim edənlər də oldu...

Məsələ ondadır ki, tutduğu vəzifənin fəlsəfəsini, siyasi yükünü, mahiyyətini anlamaqda çətinlik çəkdiyi aydın görünən, dövlətdən, büdcədən əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün daha çox vəsait almağa nail olmaq, yeri gələndə bunun üçün hökumətlə “kəllə-kəlləyə gəlmək” əvəzinə, kasıb-kusubun aldığı olan-qalan vəsaiti də kəsib büdcəyə qaytarmağa çalışan və bununla fəxr edən nazir Azərbaycanda uşaqpulu verilməməsini əsaslandırmağa çalışarkən deyib:"Çünki ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük..."


Yəni, əhalinin artımını stimullaşdırmaq olmaz. Bu, Azərbaycan kimi bir ölkənin milli strateji maraqları, dövlətin və xalqın gələcəyi ilə uzlaşmayan, olduqca ziyanlı yanaşmadır və belə zərərli düşüncə sahibini dünyanın heç bir normal ölkəsində bir gün də nazir postunda saxlamazdılar...

Təsadüfi deyil ki, S.Babayevin bu mövqeyi ilə Ərdoğanın təklifi daban-dabana ziddir.

Yəqin, elə şeylər var ki, Ərdoğan bilmir, Sahil Babayev isə bilir....

Hətta bəlkə, bizim nazir Ərdoğandan daha miqyaslı şəxsiyyətdir, ondan daha üstün strateji düşüncəyə malikdir...

İstisna deyil ki, Azərbaycan xalqını, onun kasıbını, pensiyaçısını, əlilini də S.Babayev qədər sevən yoxdur. İnanmırsınızsa, 3-5 manata görə onun nazirliyin qapılarında, məhkəmələrdə süründürülən pensiyaçılardan, imkansız ailələrdən, əlillərdən, qazilərdən soruşun...

Cəlal Məmmədov
"AzPolitika.info"

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər