Əlillər 3 mərhələli əziyyətə salınır -

Əlillər 3 mərhələli əziyyətə salınır - Ağstafa və Qazaxda da narazılıq artır

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik təyinatı ilə bağlı siyasəti kütləvi narazılıq doğurur.

Hər bir rayonda olduğu kimi, “Qazax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs Həkim Məsləhət Komissiyası tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına göndərilən bildirişlərə müsbət cavabın verilməməsi, artıq Ağstafa və Qazaxda da kütləvi narazılıqla müşayiət olunur.

Həkim Məsləhət Komissiyaları ilə ƏƏSMN-in Respublika Tibbi Sosial Ekspertiza Mərkəzi tərəfindən “ötür-ötür oyununu” davam etdirmələri xəstələrin aqressiyasını artırır. Əlillər 3 mərhələli əziyyətə salınır.

Faktinfo.az xəbər verir ki,birinci halda,əksəriyyət  xəstələrin ilkin olaraq, Ağstafa və Qazaxda müayinə olunmasına dair xəstəlik vəziyyəti Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinin həkimlərini qane etmir, kütləvi şəkildə onlara stasionar məsləhət bilinir.


İkinci halda, xəstələrin stasionarı qəbul etdiklərinə dair təkrar xəstəlik tarixi Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə göndərilir. Bu da yetərli olmur.


Üçüncü halda, əlillərdən xəstəliklərinin Bakı şəhərində yerləşən xəstəxana həkimləri tərəfindən təsdiqlənməsi istənilir. Əksəriyyət xəstələr bu üçüncü mərhələni də keçir, ağır xəstə olduqları təsdiqlənir. Bundan sonra, təkrar sənədlər xəstəlik tarixinə aid kodlar üzrə ƏƏSMN-nin Tibbi Sosial Ekspertiza Mərkəzinin həkim komissiyasına göndərilir. Yenə də bu komissiya tərəfindən hansısa bəhanə gətirilir və xəstəliklər üzrə əlillik təsdiq edilmir. Yəni, nazirlik rəsmiləri özləri özlərini təkzib etmiş vəziyyətdə qalırlar.

Elə buna görədir ki, son günlər Ağstafa və Qazaxda narazılığın miqyası bir az da genişlənib, ağır dərəcəli boyun yırtığı, zob, ürək, revmatizma, şəkər, insult kimi bir neçə xəstəliyi olan əlillər hakimiyyətdən narazı salınıb. Artıq xəstələr bilir ki, ƏƏSMN Respublika Tibbi Sosial Ekspertiza Mərkəzi onların xəstəliklərini inkar edə bilmir, əlilliyin təsdiq edilməsini isə məqsədli şəkildə yubadırlar. Yoxsa, hər gün Ağstafa və Qazaxda yerləşən xəstəxanaların poliklinika şöbələrində narazılıqlarla müşayiət olunan münaqişələr nədən yaransın ki?

Mövcud bu yanaşma isə dərmana ehtiyacı olan, amma bunu ala bilməyən əlilləri, onların ailə üzvlərinin qəzəbini bir az da artırır.

Subyektiv fikirimizdir ki, haradasa Sahil Babayev bir daha düşünməlidir - sabiq nazir Səlim Müslümova əhalinin olan qəzəbinin qarşısını nə aldı?

FAKTİNFO.AZ

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi