ELN klinikasında baş verirənlərlə bağl real vəziyyət- Baş həkim

ELN klinikasında baş verirənlərlə bağl real vəziyyət- Baş həkim 

ELN Klinikasının baş həkimi Ceyhun Bədirov rəhbərlik etdiyi səhiyyə ocağından istefa verib.

Faktinfo.az xəbər verir ki,  klinikanın sahibini sərt ifadələrlə ittiham edən  Ceyhun Bədirov istefası barədə bunları yazıb:

ceyhun badirob

“Mən ELN klinikada olan baş həkim, şöbə müdiri və dermatoveneroloq-kosmetoloq vəzifələrimi tərk edib çıxdım. İşlədiyim müddət ərzində hər dəfə şahidi oldum ki, klinika rəhbərliyinin biznes maraqları insanı dəyərlərdən: tibbin əsas dəyərlərini təşkil edən humanistlikdən, həkimlik etikasından üstündür. 

Həkimlərdən və tibb personalından yalnız pul qazanmaq üçün bir alət kimi istifadə etmək ruhunda formalaşmış mühitdə işləmək məndə bir tibb işçisi kimi ikrah hissi yaratdı. 

Dəfələrlə söylənilmiş iradlarıma və təkliflərimə rəğmən hər hansı dəyişiklik baş vermədi. Nəhayət həmin klinikanın qurulub ərsəyə gəlməsində kifayət qədər zəhmətimin verilməsinə baxmayaraq oranı tərk etmək qərarına gəldim”.

Sabiq baş həkimin dedikləri ilə bağlı klinika sahibinin də mövqeyini işıqlandırmağa hazırıq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər