Erməni siqaretləri ilə bağlı sensasion açıqlama:

Erməni siqaretləri ilə bağlı sensasion açıqlama: "Gömrüyün xeyir-duası ilə Azərbaycana keçirilir"

Xəbər verdiyimiz kimi, sosial şəbəkəyə Ermənistan istehsalı olan "Akhtamar" siqaretlərinin Bakıdakı piştaxtalarda satılması barədə video yayılıb. məlumatın dəqiqliyi sübut olunmasa da, bunu "Facebook"da durmadan paylaşırlar.

Bəs görəsən belə məhsullar Azərbaycana necə, hansı yollarla gətirilir? Həmin siqaretlərin ölkəmizə gətirilməsində məqsəd nədir? Bu məhsullar gömrükdən necə keçir.


Yeni Sabah.az  məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla əlaqə saxlayıb. 


Ekspert belə məhsulların gömrük orqanlarının xeyir-duası ilə Azərbaycana gətirildiyini deyib:


"Hər gün Gürcüstanın "İkinci vağzal” deyilən yerində ermənilər, gürcülər, azərbaycanlılar görüşür və mal, pul, fikir mübadiləsi edirlər. Əlbəttə ki, bu cür mallar gömrük orqanlarının xeyir-duası ilə keçirilir" 

 
"Belə malları istehlakçılar gətirilirlər. Siqaretlərin gətirilməsi ilə bağlı bizdə belə fakt qeydə alınmayıb. Lakin masamın üzərində Gürcüstanda yaşayan ermənilər vasitəsilə Azərbaycana keçirilmiş "Nataxtari” limonadları, parfumeriya maları və s. var. Yəni qaçaqmalçılıq bazarda böyük yer tutur. Ermənistandan da Azərbaycana malların gətirilməsi istisna olunmur. Hər gün Gürcüstanın "İkinci vağzal” deyilən yerində ermənilər, gürcülər, azərbaycanlılar görüşür və mal, pul, fikir mübadiləsi edirlər. Əlbəttə ki, bu cür mallar gömrük orqanlarının xeyir-duası ilə keçirilir. Məsələn, "Nataxtari” limonadları barədə gömrük sədrinə məktub yazmışam. Demək olar ki, mənasız cavab verirlər. Bu mallar isə bazarda hardasa 50 faiz yer tutub. Belə qaçaq malların satıldığı yerlər barədə Vergilər Nazirliyinə, Gömrük Komitəsinə məlumat vermişəm. Lakin heç kim getmir”. 


O belə malların çox təhlükəli olduğunu da qeyd edib:


"Bu mallar həm təhlükəlidir, mənşəyi məlum deyil, həm də vergilərdən yayınırlar, ölkənin maliyyə siyasətinə ciddi zərbələr endirirlər. Adını çəkdiyiniz erməni siqareti barədə bizə şikayət daxil olmayıb, lakin videosu varsa, deməli, gətirirlər, mövcuddur. Bunlar mütləq gömrük orqanlarının xeyir-duası ilə keçirilir və belə məhsullara himayədarlıq edənlər var. Mən istəmərəm ki, Ermənistanın bir qələmi belə burada satılsın. Lakin Azərbaycan mallarının Ermənistanda satılmasının tam tərəfdarıyam”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi