Əsgər özünü başından güllələyib öldürdü - Hərbi Prokurorluq məlumat yaydı

Əsgər özünü başından güllələyib öldürdü - Hərbi Prokurorluq məlumat yaydı 

Cəzaçəkmə müəssisəsində əsgər başından özünü güllələyib. APA xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəza çəkmə müəsissəsində baş verib.

Pentensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. O, alnından güllə yarası alıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA.az-a açıqlamasında hadisəni təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Azərbaycan Hərbi Prokurorluğu Penitensiar Xidmətdə əsgərin ölümü ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev  Report.az-a bildirib ki, prokurorluğa daxil olmuş sözügedən məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər hərəkətlər icra edilib.

Fakt üzrə Bakı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq qrupu yaradılmış və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi