Evlər bahalaşacaqmı və yaxud vətəndaşların ev almağa marağı hansı səbəblərdən bu dərəcədə azalıb?

Evlər bahalaşacaqmı və yaxud vətəndaşların ev almağa marağı hansı səbəblərdən bu dərəcədə azalıb? 

Bir müddət var ki,daşınmaz əmlak bazarında durğunluq hökm sürür.Demək olar ki,evlərin əvvəlki alıcıları yoxdur.Yəni alıcılıq qabiliyyətinin çox aşağı olması bu sektorda aktivliyi azaldıb.

Faktinfo.az xəbər verir ki, "Evlər bahalaşacaq","Evlərin bahalaşması qaçılmazdır", "2026-2027-ci illərdə Bakıda mənzil qiymətləri "od tutub yanacaq", " Yeni tikililərin qiyməti artır" ,yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir" vəs. başlıq altında yayılan xəbərlərin, o cümlədən "bahalaşacaq deyib" qətimkan tədbirində danışan əmlak üzrə ekspert hesab etdiyimiz şəxslərin "çığır-bağırları",eləcə də  sadə uçot metodu(kalkulyasiya) ilə evlərin müəyyən faiz bahalaşdığına dair özlərindən rəqəmlər kəşf edənlərin fikirləri artıq işə yaramır,ev almaq istəyən çoxluqda istənilən pul yoxdur.

Bu məqsədlə ipoteka krediti götürmək istəyən şəxslərin sayı isə kəskin şəkildə azalıb.Yaranmış vəziyyət bu gün mənzil bazarında reallıqdır.Kimsənin buna şübhəsi varsa Xalqlar Dostluğu,Nefçilər,Qara Qarayev və yaxud şəhərin müxtəlif istiqamətlərində ev alqı-satqısı ilə məşğul olan rieltorlarla söhbət apara bilər.

Yəni mütəxəssislər televiziyalar, saytlar üzərindən danışaraq 2026-cı ildə Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin qalxacağını proqnozlaşdırsalar da,bu sektorda yaxın 2 ildə qiymətlərin qalxacağını müşahidə etmək mümkünsüz görünür.Ola bilər bundan sonra da televiziyalar, saytlar daşınmaz əmlak bazarında qiymətlərin qalxdığına dair xəbərlər tirajlasınlar, əmlakçılar danışsın amma bu real iqtisadi mənzərəni hardasa əks etdirmiyəcək.

Düzdür,Bakı və Bakı ətrafı ərazilərdə qəzalı vəs.səbəbdən binalar sökülür.Bunun evlərin qiymətini qaldıracağına dair iddialar səsləndirilir.Lakin qeyd edilməlidir ki, yeni tikililər əvvəlki illərlə müqayisədə o dərəcədə çoxluq təşkil etmir və yaxud ölkə vətəndaşlarının ev almaq üçün əvvəlki yığımları da yoxdur.


Beləliklə,əmlak bazarında durğunluğun başlıca vəziyyətini aşağıdakı səbəblərdən ehtimal etmək daha məqsədəuyğundur.


1.İstər hündür mərtəbəli binalarda,istərsə də köhnə tikililərdə satışa çıxardılan mənzillərin qiyməti real bazar dəyərindən 20-30 faiz baha təklif olunur.Bu halda isə mənzilin  ipoteka kreditinin verilmə miqdarından yüksək olması və yaxud şəxsin gələcəkdə götürülən məbləği qaytara bilməyəcəyi qənaəti ev almaq istəyini arxa plana keçirir.

2.Əmlak alınması üçün qonşu ölkələrdən Azərbaycana göndərilən pulun həcmində iki dəfədən çox azalma var. Bu tendesiya hələ ki,davam edir.


3.Azərbaycan ərazisində yaşayıb evə ehtiyacı olan vətəndaşlarda əvvəlki illərdə olduğu kimi əmlak bazarını canlandıra biləcək pul yoxdur.


4.Ev alqı-satqısı ilə məşğul olan rieltorlara inamsızlıq var.Onların əllərində olan vəsaitlə satışa çıxardılan mənzilləri ucuz qiymətə alması,kosmetik təmirdən sonra dəyərindən 25-30 faiz (bəzi hallarda çox) daha baha təklif etmələri səbəbindən mənzil bazarında suni qiymət artımının mövcudluğu faktdır.


5.Son bir neçə ildə ərzaq,dərman ,səhiyyə vəs. sahələrdə qiymət artımının davam etməsi ev almaq üçün vətəndaşlarda qarşıya qoyulan yığımların azalmasına mənfi mənada təsirini göstərib.


6.Həmçinin rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi bir çox məmurların,vəzifəli şəxslərin məvaciblərindən kənar "gəlirlərinin" hiss olunacaq dərəcədə azalması, onların evlərinin sayını artırıb kirayəyə vermək üçün yenilərini ala bilməməsinə səbəb olub.Başlıca olaraq bu hal da mənzil bazarına öz təsirini göstərib.


Real dəyərləndirilsə,yaranmış vəziyyət yaxın aylarda evlərin ucuzlaşacağına və yaxud bu sektorda durğunluğun hələ bir müddət davam edəcəyini təsvir etməyə, eləcə də evlərin bahalaşacağından çox,qismən də olsa uçuzlaşacağına dair imkanlar yaradır.

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi