Faytonçu Nazim coşdu: “Ali Məhkəməyə qədər gedəcəyik”

Faytonçu Nazim coşdu: “Ali Məhkəməyə qədər gedəcəyik” 

“Bu hələ son deyil”.

Faktinfo.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında “Faytonçu” Nazim ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari “Elmed” klinikasının həkiminə qarşı qaldırdığı iddia ərizəsi əsasında Binəqədi Rayon Məhkəməsinin qarşı tərəfin xeyrinə verdiyi qərardan danışarkən deyib. O, bildirib ki, yaxın günlərdə məsələ ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət edəcək:

“Proses uzun çəkəcək. Qarşı-qarşıya duran iki şəxsin çəkişməsidir. İndi Apellyasiya Məhkəməsinə şikayət verəcəyik. Ola bilsin ki, orada məhkəmə bu qərarı ləğv etsin. Yəni bu son deyil. Lap son Ali Məhkəmədir. Biz də ora kimi gedəcəyik”.

“Faytonçu” Nazim qeyd edib ki, “Elmed” klinikasının həkiminin onun səhhətinə vurduğu zərəri Türkiyə həkimləri qaydasına qoyub:

“Türkiyədə iki dəfə əməliyyat olundum. Onların sayəsində ayaqdayam, səhnədəyəm, iş-gücümdəyəm, tam sağlamam”.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsində “Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin “Elmed” klinikasının cərrahı Elman Əzimova qarşı qaldırdığı iddia əsasında məhkəmə iclası başa çatıb. Qərara əsasən, “Faytonçu Nazim”in iddiası təmin edilməyib.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi