Fəzail Ağamalı bu dəfəki seçkilərə hansı ümidlərlə gedir?

Fəzail Ağamalı bu dəfəki seçkilərə hansı ümidlərlə gedir? -O, əvvəlki illərlə müqayisədə...

“Ana Vətən” partiyasının sədri Fəzail Ağamalının 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən növbəti dəfə namizədliyini irəli sürməsi əksər seçicilər tərəfindən razılıqla qarşılanır.

Bölgədə bir çox problemlərin hələ də həllini tapmamasına,insanların qiymət artımından əziyyət çəkməsinə baxmayaraq seçicilərin son günlər keçirilən görüşlər zamanı Fəzail Ağamalıya hörmət  göstərməsi hər halda belə düşünməyə əsas verir.Çünki heç kim inkar edə bilməz ki,bölgələrdə insanların yaşayış səviyyəsi arzu olunan səviyyədədir.Bəlkə də, Fəzail Ağamalının özü də etiraf edər ki,əvvəlki parlament seçkilərində 60 saylı Salyan-Neftçala Seçki dairəsinin seçicilərindən bəziləri yaşayış səviyyələrinin aşağı olmasına dair narazılıqlarını namizədlərə bildirirdilər.İndinin özündə də əksər seçicilərin yaşayış səviyyəsi qənaətbəxş deyil.Belə olan halda iqtidar yönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıya göstərilən etimad nə ilə bağlıdı? 

Böyük ehtimalla  bu münasibət bir sıra amillərdən qaynaqlanır. Faktinfo.az olaraq hesab edirik ki,hər şeydən əvvəl  Fəzail bəy böyük həyat və mübarizə yolu keçib, Azərbaycan müstəqillik qazandığı illərdə Xalq Hərəkatının fəallarından olub, bir çox sınaqlardan  çıxıb. Bunlardan əlavə, Milli Məclisdə təmsil olunduğu son illərdə çoxsaylı cəsarətli çıxışları, səmərəli təklifləri ilə diqqət mərkəzində olan millət vəkillərindən biri kimi tanınır. Elə son bir-iki ildə gömrük sistemindəki özbaşınalıqlar, ölkə iqtisadiyyatında monopoliyanın hökm sürməsi, qida sənayesində xüsusi payı olan “Azərsun”un süni şəkildə qiymətlərin qalxmasına rəvac verməsi və s. məsələlərlə bağlı qətiyyətli çıxışlarını yada salmaq yerinə düşər. Görünür, bu səbəbdəndir ki,Fəzail Ağamalı namizədliyini irəli sürdüyü dairədə seçicilər tərəfindən əvvəlki illərlə müqayisədə maneəsiz qəbul olunur. Bütün bu göstəricilərin nəticəsidir ki, 60 saylı Salyan -Neftçala Seçki Dairəsinin ərazisində yaşayan seçicilərin  əksəriyyəti  F.Ağamalıya səs verəcəklərini bildirirlər.Bunu saytlarda yayımlanan videoçarxlardan sezməmək mümkünsüzdü.Seçicilər əmindirlər ki, səs verdikləri şəxs indiyə qədər olduğu kimi,  ümummilli mənafe baxımından onları  bundan sonra da  MM-də layiqincə təmsil edəcək.

60 saylı Salyan-Neftçala Seçki Dairəsində namizədliyi qeydə alınmış digər bir iddialı şəxs cəbhə bölgəsində minaya düşərək bir gözünü itirən  Kamil Musəvidir. Hər kəs yaxşı bilir ki, Kamil Musəvinin bir gözünü itirməsi onun şücaətindən irəli gəlib, o sağlamlığı ilə bağlı neçə belə illər əziyyətli bir şəkildə yaşayacaq.Digər tərəfdən bununla həmdə qürur duyacaq.Təbii ki, onun vətən üçün bir gözündən olmasını yüksək qiymətləndirmək, ona hörmət və ehtiram göstərmək hər bir Azərbaycan vətəndaşının borcudur. Ancaq Milli Məclisdə təmsil olunmaq məsələsinə gəlincə hesab edirik ki, Kamil Musəvi ilə müqayisədə Fəzail Ağamalının buna daha çox haqqı çatır. Çünki həm parlament və siyasi təcrübəsinə, həm də insanlarla işləmək bacarığına görə, K.Musəvi Fəzail Ağamalı ilə  müqayisə olunmayacaq qədər zəifdir.

Kamil Musəvi ilə bağlı isə hesab edirik ki, o bundan sonra əsgərlərimizin döyüş ruhunun, yeniyetmə və gənclərimizin vətənpərvərlik hisslərinin daha da artırılması istiqamətində fəaliyyət göstərsə, dövlətimizə və millətimizə daha çox fayda vermiş olar.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi