
Finlandiya Rusiyanın nüvə hədəfi elan edildi - Medvedev Kremlin mesajını çatdırdı
Nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın ləğvindən sonra Finlandiya "Rusiyanın nüvə hədəfləri siyahısına əlavə edilib".
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabında yazıb.
Medvedev həmişəki qıcıq yaradan tərzində yazıb: "Sevin, Finlandiya, təhlükəsizliyin ən yüksək səviyyəsinə çatmısan!"
Qeyd edək ki, iyulun 1-dən Finlandiyada Atom Enerjisi Qanununa edilən düzəlişlər qüvvəyə minib və ölkə daxilində nüvə silahlarının idxalı, istehsalı, saxlanması və istifadəsinə qoyulan qadağa aradan qaldırılıb.
Daha əvvəl Finlandiya parlamenti səs çoxluğu ilə (125-ə qarşı 61) sözügedən qanuna yeni düzəlişləri qəbul etmiş, ə Finlandiya Prezidenti Aleksandr Stubb isə bunu təsdiqləmişdi.
Stubb bununla bağlı deyib ki, Finlandiya nüvə silahsızlanmasına sadiq qalır, lakin nüvə silahları ilə bağlı suveren qərar qəbuletmə səlahiyyətini də özündə saxlayır. Eyni zamanda, o, ölkənin sülh dövründə nüvə silahına ehtiyacının olmadığını bəyan edib./Azpolitika.info












Bu xəbər üçün şərh yazın