Flora - Zeynəb davası böyüyür: “Vicdanın varsa, sus...”

Flora - Zeynəb davası böyüyür: “Vicdanın varsa, sus...” 

Xalq artisti Flora Kərimova ilə həmkarı, deputat Zeynəb Xanlarova arasında yaranan qalmaqal böyüyür.

AzNews.az xəbər verir ki, Flora Kərimova deputatın Milli Məclisin plenar iclasında xalq artisti, sevilən aktyor Rasim Balayevin səhhəti ilə bağlı çıxışına əsəbləşib:

“40 ilə yaxın deputat kürsüsünu zəbt edən xalq artisti Zeynəb Xanlarovanın Rasim Balayev və Azərbaycan müəllimi barəsində dediklərinə göz yuma bilmədim. Susa bildiyim qədər susdum ki, yenə deməsinlər, Flora Kərimova polemika axtarır, qaşınmayan yerdən qan çıxardır və ya kiminsə bostanına daş atır!

Bildiyim qədəri ilə insanın həyatı boyu xasiyyəti dəyişmir, hədəfləri dəyişir. İldə-fəsildə bir fikrə, bir düşüncəyə xidmət eləmək?! İllah da səksəndən sonra! Birinci gələk şabalıd satan müəllim mövzusuna. Deyən gərək qocalaydın ki, ürəyin "yumuşalaydı"!? Pensiya vaxtını azaltdığın, uşaq pulunu kəsdirdiyin, maaşının artırılmasına etiraz etdiyin müəllimləri illər sonra Türkiyədə acınacaqlı görüb halına acıyaydın!? Müəllimə bu rəzaləti layiq bilib sonra başını sığallamaq... Kimə gərəkdir? Budur sənin vətəndaş-deputat mövqeyin, budur tutduğun vəzifənin şanlı və şərəfli göstəricisi?

Ağbirçək olasan, 25 ilə yaxın müharibə şəraitində yaşayan dövlətə birbaşa "xidmət" edəsən və bütün titulları alasan, müharibə astanasından, müharibədən dönəsən, yüzə yaxın şəhidin ola (aprel döyüşləri) bütün gəncin, qadınlı-kişili könüllü meydanlara çıxa höküməti dəstəkləyə, sən gedib erməni ilə sülhə qoşulasan?!

Keçək əsas məsələyə - yəni xalq artisti haqqında -"desəm öldürərlər, deməsəm ölərəm". Kimdi səni öldürən, kimdi sənin düz fikirinə qarşı çıxan? Kimdir sənin yolunu kəsən? Çiyin-çiyinə oturduğun deputatlar, yoxsa nazirlər? Nə qədər özünü mənasız və cılız "yaxşı" göstərib silahdaşlarıni küçümsəmək olar?! Bəs sən niyə elə ordaca, dediyin qədər ürəyin yanırdısa, o "qanın qaynadığı", acıdığın İstanbulda şabalıd satan müəlliminə cüzi də olsa, bir yardım etmədin ya da xalq artistinə!

Vicdanın varsa, sus və heç yaxşılıq eləmə! 40 ildə eləmədinsə, bundan belə də cəhd etmə. Bil ki, ziyanın dəyir!”

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin plenar iclasında deputat, xalq artisti Zeynəb Xanlarova xalq artisti Rasim Balayevin səhhətini müzakirəyə çıxarıb. O, Səhiyyə Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyindən xalq artistinə kömək istəyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi