Füzuli Rayon İcra Hakimiyyəti şəhid anası ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısına münasibət bildirdi-

Füzuli Rayon İcra Hakimiyyəti şəhid anası ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısına münasibət bildirdi- “İcra başçısı təpik atdı..."

"Sosial şəbəkələrdə yayılan səs Vətən müharibəsi şəhidi Abasov İlham Əli oğlunun anası Abbasova Qönçə Şiraslan qızına aiddir. Səs yazısında səsləndirdiyi “İcra başçısı şəhidin qardaşına təpik atdı, şəhid anasını təhqir elədi” kimi ifadələr tamamilə həqiqətə uyğun deyil. Həmçinin onuda qeyd edim ki, Füzuli RİH başçısı məlum səbəbdən rayonda yoxdur. Şəhidin aliə üzüvlərini RİH başçısının müavinləri Vüqar Teymurov və Gülbahar Eyvazova qəbul edib."

Füzuli Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən Faktinfo.az saytına verilən məlumatda daha sonra bildirilir: 

"Şəhid anası Abbasova Qönçə Şiraslan qızı Füzuli rayonu Yuxarı Dilağarda kəndində daimi qeydiyyatdadır. Hal-hazırda Füzuli rayonu 3 saylı Qayıdış qəsəbəsi, ev 114-də yaşayır. Şəhid ailəsi kimi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş və müvafiq sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. 11000 manat birdəfəlik sığorta ödənişi, 3000 manat dəfn xərci, Heydər Əliyev fondu tərəfindən 10000 manat, Yaşat fondu tərəfindən isə 5842 manat maddi yardım olunub. 

Şəhidin doğum günü televiziya kanallarında işıqlandırılıb. RİH tərəfindən müxtəlif vaxtlarda bayram sovqatları və ərzaq bağlamaları ailəyə təqdim edilib. Füzuli rayon “Qayıdış” 3 nömrəli tam orta məktəbdə sinifə Şəhid Abbasov İlham Əli oğlunun adı verilib. Bu münasibətlə keçirilən tədbirdə RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Misirli Hafiz və şəhidin yuxarıda adı çəkilən ailə üzvləri iştirak edib. 

Şəhidin qardaşı Abbasov Xaliq Əli oğlu Yuxarı Dilağarda kəndində daimi qeydiyyatdadır və hal-hazırda Füzuli rayonu 3 saylı Qayıdış qəsəbəsi, ev 114-də yaşayır. Xaliq Abbasovun heç bir ali və orta ixtisas təhsili yoxdur. Xaliq Abbasova 15.12.2020-ci ildə 17 Saylı Ərazi Məşğulluq mərkəzi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində 2 baş iribuynuzlu heyvan və 400 kq yem verilib. Əlavə olaraq DOST iş mərkəzində işlə təmin olunmaq üçün sənədləri göndərilib, lakin özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu heyvanla təmin olunduğu üçün imtina gəlmişdir.

Bundan əlavə Füzuli Aqroparkda və Qaçqınların və Məcburi Köçkünlərin Mənzil İstismar Departamentinin Füzuli rayon şöbəsində iş təklif olunmuş lakin imtina etmişdir. Bir daha əminliklə bildiririk ki, Respublikamızın hər bir bölgəsində olduğu kimi Füzuli rayonunda da Şəhid ailələri, Qazilər və müharibə iştirakiçıları daim diqqət məkəzindədir. Rayon rəhbərliyi tərəfindən və onun tapşırıqlarına əsasən ŞƏHİD AİLƏLƏRİ  mütamadi olaraq ziyarət edilir, problemləri dinlənilir və həlli istiqamətində müvafiq işlər görülür."

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi