Gülüstan Əliyeva Cəbrayılda şəhid olan ərinin məzarını tapdı - FOTO

Gülüstan Əliyeva Cəbrayılda şəhid olan ərinin məzarını tapdı - FOTO 

Opera və Balet Teatrının solisti, Əməkdar artist Gülüstan Əliyeva şəhid olan həyat yoldaşının məzarını tapıb.

Bu barədə G.Əliyeva şəxsi “Instagram” hesabında paylaşım edib.

Cəbrayıl rayonunda olan sənətçi 30 ildən sonra şəhid olmuş əri Zahid Əhmədovun məzarını ziyarət edib.

Sənətçi paylaşımında bildirib:

“Bu gün böyük qələbəyə gedən yolun başladığı gündür. Düz 30 il əvvəl Birinci Qarabağ müharibəsində Vətən, torpaq deyərək canını qurban edən Daxili İşlər Nazirliyinin zabiti, Cəbrayılımın igid oğlu Zahid Əhmədovun ruhu şaddır. Düşmən tərəfindən dağıdılmış müqəddəs ziyarətgahda məzarını tapdım. Əməyi keçən qardaşlarıma minnətdaram. Burada yatanların ruhu şad olsun!”.

Gülüstan Əliyeva Cəbrayılda şəhid olan ərinin məzarını tapdı - FOTO
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi