Gürcüstan- Azərbaycan sərhədində böyük tıxac yarandı -

Gürcüstan- Azərbaycan sərhədində böyük tıxac yarandı - VİDEO

Gürcüstan- Azərbaycan sərhədində minlərlə yük maşını növbə gözləyir.

Pravda.az xəbər verir ki, artıq günlərdir Azərbaycanla Gürcüstan arasındakı Qırımızı Körpü sərhəd - keçid məntəqəsinin Gürcüstan hissəsində yük maşınları 30-km-dən uzun məsafədə növbə gözləyirlər.

 

Məsələ ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo-Kartli bölgəsi üzrə polis departamenti Qırmızı Körpü sərhəd- keçid məntəqəsinin fəaliyyəti ilə bağlı heç bir problemin olmadığını bildirib.

 

Məlumat üçün onu da bildirək ki, bu hal son aylarda Qırmızı körpü sərhəd-keçid məntəqəsində yaranmış ikinci böyük sıxlıqdır. Tıxacın yaranmasına səbəbin Rusiya-Gürcüstan arasındakı Yuxarı Lars sərhəd- keçid məntəqəsi ərazisində əlverişsiz hava şəraiti ilə əlaqədar çox sayda sürücünün Qırmızı Körpü sərhəd- keçid məntəqəsinə üz tutmasının olduğu güman edilir.

 

Daha ətraflı videomaterialda:

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi