“Hakimlər, millət vəkilləri, nazirlər hər ay zərflərdə "maaş" alırlar” – “Nepotizm və korrupsiya ölkəni bürüyüb”

“Hakimlər, millət vəkilləri, nazirlər hər ay zərflərdə "maaş" alırlar” – “Nepotizm və korrupsiya ölkəni bürüyüb” 

“İvanişvili və komandasının xalqımızla və reallıqla əlaqəsi tamamilə kəsilib. Əsas problem odur ki, gürcülərin artıq öz ölkələrində yaşamaq üçün iqtisadi imkanları yoxdur”.

AzPolitika.info xəbər verir ki, bunu Gürüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili “Facebook” səhifəsində yazıb. 

O, bildirib ki, İvanişvili varlandıqca, əmlakı ikiqat artsa da illərdir, əhalinin həyat səviyyəsi düzəlmir: “Hakimlər, prokurorlar, millət vəkilləri, nazirlər İvanişvilidən hər ay zərflərdə "maaş" alırlar və ona görə də insanların necə yaşaması onlarının vecinə deyil. Nepotizm və korrupsiya ölkəni bürüyüb”.

Saakaşvili vəd edib ki, qarşıdan gələn parlament seçkilərində qalib gəldikdən sonra oliqarxiyanı Gürcüstan hakimiyyətindən qovacaq: “Mən, məhz ona görə, burdayam, imtiyazlara və rahatlığa “yox!” dedim, həyatımı təhlükəyə atdım və gürcü xalqını xilas etmək üçün əlimdən gələni edəcəyəm”.

Eks-prezident yazır ki, oliqarxiynaın vədləri artıq hç kimi inandıra bilmir. İnsanlar kədərlidir: “Yerinə yetirilməyən vədlər, yalanlar, ədalətsizlik, oğurluq və korrupsiya, üstəlik Rusiya... Bir sözlə, İvanaşvilinin əlinə aldığı qılınclar indi hər gün onun özünə zərbə endirir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi