"Hamıya 200-250 manat..." -

"Hamıya 200-250 manat..." - TƏKLİF

Ay hökumət, ey qalstuklu müəllimlər, dünyanın hər yerində dövlət xalqa yardım edərkən həm də özünə yardım edir – həm sosial vəziyyəti dəngələyir, həm siyasi divident qazanır, həm də ölkədə iqtisadiyyatın çarxlarının dönməsinə dəstək olur.

Azərbaycanda isə xalqa pul vermək, maddi dəstək olmaq elə özünüzə kömək etmək deməkdir – 190 manat yardım alan şəxs ilk nə edəcək? Supermarketlərə gedib ərzaq alacaq – siz qazanacaqsınız, kimindi ki, bu iri marketlər?! Əbdül dayının, ya Anaxanım xalanındı?! Gedib aptekdən dərman alacaqlar – dərman biznesi də sizindi də, Tükazban bibinin deyil axı?! Pulun bir hisəsini işıq-qaz-su pulu ödəyəcəklər – bu sahələr də dövlətindi də, təbii inhisarçılardı, pul yenə dövlətə qayıdacaq! 

Yəni, xalqa verdiyiniz pula heyfiniz gəlməsin, yenə o yetim xalq pulu quzu balası kimi sizə qaytaracaq, hələ bir dua oxuyub, can sağlığı diləyib, yenə də seçkiyə zada getməyib sizə mane də olmayacaq – belə gözəl xalqı niyə incidirsiniz axı?! Açın kisənin ağzını hamıya 200-250 manat pul paylayın, xub, dövlətdən maaş alan 915 min nəfərə verməyin, təqaüd alan 1,3 mln. nəfərə ödəməyin, özəl sektorda çalışan və yardım verəcəyiniz 300 min əmək müqaviləsi olana da ödəniş etməyin, yerdə qalan hamıya pul paylayın, 200 manat paylasanız bu cəmi 1,5 mlrd. manat edəcək – qorxmayın, Tillah bu inflyasiyaya da səbəb olmayacaq – zatən qiymətlər qalxıb-qalxacaq, cəmi 1,5 mlrd. manat inflyasiyaya 0,5-1%-dən çox təsir edə bilməz!

 Natiq Cəfərli

 İqtisadçı

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər