“Həm qadınlar, həm kişilər mənimlə olmaq istəyir” – Ebru

“Həm qadınlar, həm kişilər mənimlə olmaq istəyir” – Ebru 

Müğənni Ebru Polad Türkiyə mediasına geniş müsahibə verib.Axşam.az-ın məlumatına görə, o, qalmaqallı açıqlamaları ilə diqqət çəkib:

– “Özümü seksual adlandırmıram, gözəl də deyiləm. Gənc qızlara örnək biriyəm. Ali təhsilliyəm. Hər kəsə təhsilinin vacibliyini başa salıram. Qadınlar heç bir kişinin əlinə baxmamalıdırlar. Sayəmdə çox qız məktəbə qayıtdı. Mən heç kimə görə işini tərk etmərəm. Kişilərə güvənmirəm. Vəkiləm, bir il işlədim. Amma şou işi ciddiliklə alınmır. Ciddi qalsam, deyərlər, “Get, vəkil ol”.

– “Uşaqlığımda vəkil olmaq istəyirdim, oldum, Psixologiya oxumaq istəyirdim, hazırda oxuyuram. Müğənni olmaq istədim, oldum. Niyə bir şeydə sərhəd qoyum ki? Gələcəkdə qocalar evi açmaq istəyirəm”.

– “Atam uşaqlığımdan bəri mənə qarışmır. Anam isə nəzarətçidir. Universitetdə istədiyim fakültəni qazanmayanda qorxudan intihara cəhd etmişdim”.

– “Bir iş adamı bir restoranda mənə ofisiantla şampan göndərmişdi. “Spirtli içki içmirəm” deyib qaytardım. Sonra yaxınlaşmadı, hesabımı ödəyib getdi, çox əsəbiləşmişdim. Sonra İnstaqramda gözlədim, yazmadı. Bir neçə gün sonra eyni restorana getdim… Qarşılaşdıq. Artıq bir müddətdir görüşürük. Amma evi botanika bağına döndərdi. “Gülləri göndərmə artıq, nəfəs ala bilmirəm” dedim.

– “Lezbiyan bir ətrafım var, biseksuallar da var. Qadınlar mənə çılpaq fotolarını göndərirlər. “Səninlə birlikdə olmaq üçün hər şey edərəm” deyirlər. Küsdürməmək üçün gülüş smayliki göndərirəm. Heteroseksualam, amma bəzən çox gözəl qadınlar yazır. heyran qalıram. Bpyük sözlər danışmaram. Bir qadına aşiq də ola bilərəm, sevə də bilərəm. İki qadın bir-birini sevə bilər. Həm qadınlar, həm kişilər mənimlə olmaq istəyir”.

– “Sevgilimə bahalı şeylər almıram. Xəsisəm”.

* Erkek arkadaşıma pahalı şeyler almam, pintiyimdir. Çok aşık olursam belki bir gömlek…

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi