Hücum diplomatiyası, yoxsa diplomatlara hücum? - NƏ BAŞ VERİR?

Hücum diplomatiyası, yoxsa diplomatlara hücum? - NƏ BAŞ VERİR? 

Araqarışdıranlıq kimi çıxmasın, deyəsən, XİN-də də Azərbaycan dilini yaxşı bilməmək problemi yaşanır. Prezident yeni komandaya “hücum diplomatiyası” tapşırığı verib, XİN rəhbərliyi isə, belə anlaşılır ki, bunu “diplomatlara hücum” kimi başa düşüb.

Dünən XİN-də aparılan kadr islahatlarını yalnız bu cür şərh etmək mümkündür. Təsəvvür edin, Cənab nazirin 5 müavini var. Onlardan 3-ü köhnə kadrlardır – Xələf Xələfov, Araz Əzimov və Mahmud Məmməd-Quluyev. On illərlə XİN-in ən yüksək vəzifələrində çalışan bu adamlar nazirliyin cikindən tutmuş bökünə qədər hər işindən halidirlər. Bu zamana qədər nazirliyin, demək olar ki, bütün strukturlarına rəhbərlik həmin köhnə kadrların çiyinlərində idi. Pis də idarə etmirdilər, mürgüləməkdən və erməni həmkarı ilə koronavirus qiybətindən başqa əlindən bir iş gəlməyən Elmar Məmmədyarovun üzünü az-çox bunlar ağardırdılar.

Digər iki müavin isə qədim xalq mahnısında deyildiyi kimi, “dəsmal elə apar məni yanınca” prinsipinə uyğun şəkildə Ceyhun Bayramovla birlikdə Təhsil Nazirliyindən XİN-ə transfer olunublar. Yəni diplomatiya sahəsində naşıdırlar. Düzdür, onlardan biri Fariz Rzayev bir müddət XİN-də işləyib. Amma görünür, özünü orda tapa bilmədiyindən hop edib diplomatiyadan Təhsil Nazirliyinə düşüb. Özü də ömründə bir gün müəllim kimi məktəbə getmədiyi halda, anidən Nazirliyin Beynəlxalq Əlaqələr şöbəsində müdir kimi peyda olub. Bir müddətdən sonra sorağı daha yuxarılardan – Nazirliyin Aparat rəhbərliyindən gəlib. Ceyhun Bayramov XİN rəhbəri təyin olunandan sonra yenə də eyni üsulla köhnə nazirliyinə atlayıb. Özü də ən yüksək vəzifələrdən birinə – nazir müavinliyinə.



Hələ yeni vəzifəsinin çiçəyi çatlamamış Elnur Məmmədov isə bu zamanadək müxtəlif illərdə Təhsil nazirinin müşaviri, Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb.

İndisə gəlin, köhnələrlə təzələr arasındakı səlahiyyət bölgüsünə baxaq.

Diplomatiya sahəsində çiçəyi burnunda nazir müavini Elnur Məmmədova həvalə edilən strukturlar:

• Amerika idarəsi,
• Asiya idarəsi ,
• YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyanın Daimi Katibliyi,
• Ümumi Katiblik,
• Linqvistik təminat idarəsi Arxiv idarəsi,
• İşlər idarəsi,
• Xüsusi şöbə.


Yəni 7 idarə birdən. Və bu idarələr arasında Amerika ilə Asiya arasındakı məsafə qədər böyük fərqlər var.

XİN-dən Təhsil Nazirliyinə, Təhsil Nazirliyindən XİN-ə transfer oluna-oluna özünə uyğun yer tapa bilməyən digər təzə nazir müavini Fariz Rzayevə həvalə olunan idarələr:

• Dövlət protokolu idarəsi,
• Konsulluq idarəsi,
• İkinci Avropa idarəsi,
• Yaxın Şərq və Afrika idarəsi,
• Azərbaycan Respublikasının beynəlxalq inkişafa yardım idarəsi (Agentlik) ,
• Xüsusi rabitə təminatı idarəsi.


İndi də gələk, köhnə XİN-lilərə.

Elmar Məmmədyarov işdən çıxarılandan sonra onun yerinə ən favorit namizəd kimi adı hallanan Xələf Xələfova tapşılan idarələr:

• Beynəlxalq hüquq və müqavilələr idarəsi,
• Birinci Avropa idarəsi,
• Şərqi Avropa və Mərkəzi Asiya idarəsi.

Cəmi 3 idarə. Özü də sənəd-sünəd içərisində itib-batmaqdan başqa heç bir işə yaramayan struktur vahidləri.

Nazir müavini Araz Əzimovun sahəsi

• Beynəlxalq təhlükəsizlik idarəsi,
• Hərbi-siyasi məsələlər idarəsi,
• Regional təhlükəsizlik idarəsi Təhlil və strateji araşdırmalar idarəsi
• Təhlil və strateji araşdırmalar idarəsi

Başqa sözlə, Araz Əzimov strateji araşdırma aparmaqdan zaman tapsa, hərbi-siyasi və digər məsələlərlə də məşğul ola biləcək.

Nəhayət, Azərbaycanın ən təcrübəli diplomatı kimi tanınan nazir müavini Mahmud Məmməd-Quliyevin sahəsi

• İqtisadi əməkdaşlıq idarəsi,
• Humanitar və sosial məsələlər idarəsi,
• Beynəlxalq insan hüquqları təsisatları ilə əməkdaşlıq idarəsi.

Söhbət insan hüquqlarından gedirsə, Mahmud müəllimin çiyninə ən ağır yükü qoyublar. O, beynəlxalq qınaqlara cavab verməkdən çətin ki, iqtisadi əməkdaşlıq və humanitar məsələlərə vaxt ayıra bilə.

XİN-də aparılan son struktur islahatları böyük Türk şairi Nəcib Fazil Qısakürəyin məşhur sözlərini yada salır:


Allah’ın on pulunu bekleye dursun on kul,
Bir kişiye tam dokuz, dokuz kişiye bir pul.
Kurt yapmaz bu taksimi kuzulara şah olsa,
Yaşasın kefenimin kefili kara borsa!

/Hurriyyet.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi