İcra başçısı çoxsaylı sualları cavablandırıb

İcra başçısı çoxsaylı sualları cavablandırıb - FOTOLAR

Sentyabrın 14-də Şirvan Şəhər Mədəniyyət Mərkəzində sakinlərlə növbəti səyyar görüş keçirilib. Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı, müavinləri, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.

İlk əvvəl,Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov regionların inkişafı üzrə dövlət proqramlarından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan, eyni zamanda Şirvan şəhəri ərazisində həyata keçirilən infrastruktur layihələr, abadlıq-quruculuq işləri ilə bağlı ətraflı məlumat verərək, nəzərdə tutulmuş tədbirlərdən danışıb.

Faktinfo.az xəbər verir ki, Şəhər Mədəniyyət Mərkəzində sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanuna müvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.

Qeyd edək ki,görüş zamanı Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinləri narahat edən çoxsaylı suallara cavab verib.

Faktinfo.az



İcra başçısı çoxsaylı sualları cavablandırıbİcra başçısı çoxsaylı sualları cavablandırıbİcra başçısı çoxsaylı sualları cavablandırıbİcra başçısı çoxsaylı sualları cavablandırıbİcra başçısı çoxsaylı sualları cavablandırıbİcra başçısı çoxsaylı sualları cavablandırıbİcra başçısı çoxsaylı sualları cavablandırıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi