İcra başçısının oğluna məxsus şirkətlər - SİYAHI

İcra başçısının oğluna məxsus şirkətlər - SİYAHI 

Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin oğlu Orxan Allahverdiyevin şirkətlərinin adları məlum olub.

Orxan Allahverdiyev 3 şirkətin təsisçisidir.

Onun 4 həmtəsisçidən biri olduğu "İNVEST-2011" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci ilin dekabrında qeydiyyatdan keçib. Şirkətin digər həmtəsisçiləri arasında Yusif Hümbətovun oğlu Asim Hümbətov da var.
Orxan Allahverdiyev həmçinin 2008-ci iliin sentyabrında qeydiyyatdan keçmiş və FƏTƏLİXAN XOYSKİ PR., ev 113, m. 48 ünvanında hüquqi qeydiyyatda olan "O.Ş-İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də təsisçisidir. Ötən il bu şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Nərimanov Rayon Məhkəməsi qərar (3(005)-85/19 saylı) çıxarmışdı.
Orxan Allahverdiyevin sahibi olduğu 3-cü şirkət - "AMİRAS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2007-ci ilin martında qeydiyyata alınıb, şirkət Yasamal rayonu Həsənbəy Zərdabi pr. ev 84, mənzil 111-də hüquqi qeydiyyatdadır. Elxan Allahverdiyev özü icra başçısı təyinatına qədər müxtəlif şirkətlərdə çalışıb. O, ilyarım əvvəl Xaləddin Isgəndərovun yerinə təyin edilib./Araşdırdı:Cavanşir Həsənli

 Fotoları təqdim edirik:



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi