İdxal olunan 44 ton kartof məhv edildi

İdxal olunan 44 ton kartof məhv edildi 

Faktinfo.az xəbər verir ki, son 5 ildə aqrar sektora ayrılan dövlət vəsaitinin həcmi dəfələrlə artırılsa da idxaldan aslılıq faizi aşağı salınmayıb.

Əksnə,Azərbaycana idxal olunan kartof,soğan,kök,kələm vəs. kənd təsərrüfatı məhsullarının həcmi ötən illərlə müqayisədə dəfələrlə artıb.Bu isə bu məqsədlə ölkədən çıxarılan vəsaitin həcmində artım deməkdir.Bu mənada ölkəyə gətirilən kənd təsərrüfatı mallarının müqayisəli təhlilinə gəlincə,Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və Dövlət Gömrük Komitələrinin məlumatı yetərlidir.

Faktinfo.az onu da bildirir ki,son illər Azərbaycana gətirilən kartofdan götürülən nümunələrin müayinəsi zamanı zərərli orqanizmlərin aşkarlanması halları da çoxalıb. Bu barədə Axar.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumatda bildirilir ki,nəzarət tədbirləri zamanı fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun Ukrayna Respublikasından idxal etdiyi toxumluq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizmlər - kartof yumrularında halqavari çürümə və kartof gövdə nematodu aşkar olunub.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.44 ton toxumluq kartofun məhv edilməsinə dair müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

Faktinfo.az






Birinci məlumatlanmaq üçün facebook səhifəmizi